Azərbaycanda niyə qadınlar daha çox koronavirusa yoluxur? – AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların arasında qadınlar çoxdur.
Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir. Koronavirusa yoluxanların 54 faizi qadındır.
Maraqlıdır, niyə qadınlar virusa daha çox yoluxur?
Açıqlama verən Respublikanın baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, bu faiz o qədər də böyük fərq deyil:
“Əvvəlcə, qeyd edim ki, burada immun sistemi o qədər də vacib rol oynamayıb. Qadınlarda immun sistemi bəlkə də, kişilərdən daha güclü və dayanıqlıdır. Əsas məsələ budur ki, ictimai həyatda qadınlar daha fəaldır, buna görə də onların yoluxma riski daha yüksəkdir. Həmçinin qadınlar daha çox təmasda olurlar. Digər tərəfdən, bu rəqəmlə deyə bilmərik ki, fərq çox böyükdür. Əgər 10-20 faiz artıq yoluxma olsaydı, o zaman böyük fərq olduğunu deyə bilərdik”.
Xatırladaq ki, Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölüm hallarının kişilər arasında daha çox olduğu haqqında məlumat yayıb. Bu say kişilərdə 2,8 faiz, qadınlarda isə 1,7 faiz təşkil edib. Buna səbəb kimi kişilərin daha çox siqaret çəkməsi, daha ağır işlərdə çalışması, həkimə getmək istəksizliyi və qadınlara nisbətən pəhriz seçimlərinə daha az əhəmiyyət vermələri göstərilib.
Məlumat üçün bildirək ki, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb. 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Qeyd edək ki, koronavirus dünyanın 210 ölkəsinə yayılıb. 2,8 milyon insanın yoluxduğu virus 198 min insanın hyatına son qoyub. /Cəbhə.info
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2020, 19:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-04-2020, 19:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 11:20
Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR
Bu gün, 08:32
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Dünən, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18-11-2024, 14:55