Sərdar Cəlaloğlu qardaşı ilə barışmaqdan İMTİNA EDİB: “Bir-birimizin xeyir işinə də getmirik”

“Qurban Məmmədovla 13 ildir ki, heç bir əlaqəmiz yoxdur. Nə o məni arayır, nə də mən onu. Əvvəllər şəxsi münasibətləri yoluna qoymaq üçün bir-iki dəfə zəng edib, ancaq imtina etmişəm”.
RegionXəbərləri.com bildirir ki, bu fikirləri modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla münasibətlərindən danışarkən deyib.
ADP sədri bildirib ki, münasibətlərin pozulmasına səbəb olan məqamlar mövcuddur:
“Mənə görə xüsusi düşüncə tərzi var ki, qüsurlu davranışlara malikdir. Hərəkətləri və davranışları yanlışdır. Hətta yanlış davranışları ilə mənə çox ziyan vurub. Lap əvvəllərdə də partiyamız bu tərəfə gedəndə o başqa tərəfə gedirdi. Onun bütün məkrli və siyasi fəaliyyətini mənim adıma yazırdılar. Heç kimi bu işlərin arxasında olmadığıma inandıra bilmirdim.
Özünə də çox ziyan vurub. 3 dəfə həbs edilib. Həbs edilməsində də uzaqgörən olmaması, özünü müdafiə edə bilməməsi səbəb olub”.
Sərdar Cəlaloğlu toy və yas mərasimlərində də bir araya gəlmədiklərini söyləyib:
“Nə mən onun övladlarının toyunda, nə də o mənim övladlarımın toyunda iştirak edib. Ən yaxın adamlarımızın yasında belə məsafə saxlamışam”.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-04-2020, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-04-2020, 11:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT