Hansı məhkəmələr Fonda pul köçürməyib? – Tanınmış vəkildən qınaq dolu açıqlama
Koronavirusla Mübarizə Fonduna Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin hər biri 100 min, Bakı Apellyasiya Məhkəməsi 36.850 manat, Gəncə Apellyasiya Məhkəməsi 14.839 manat və Şirvan Apellyasiya Məhkəməsi 8.005 manat pul köçürüb.
“AzPolitika.info”-nun verdiyi xəbərə görə, tanınmış vəkil Adil İsmayılov bildirir ki, o digər məhkəmələrin “əlini cibinə atmaması” ilə bağlı tənqidi qeydlərini sosial şəbəkələrdə paylaşdıqdan sonra bu istiqamətdə irəliləyiş baş verib: “Başa düşmürəm, Sumqayıtda Apellyasiya məhkəməsi yoxdur, yaxud Bakı və digər ağır cinayətlər məhkəmələrinin, rayon, şəhər məhkəmələrinin, kommersiya və inzibati məhkəmələrin, nəhayət hərbi məhkəmələrin pulu yoxdur?”, - deyə vəkil sual edib.
Hazırda durum belədir:
Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı 20.000 manat, Məhkəmə-Hüquq Şurası 12.922 manat, Şirvan Apelyasiya Məhkəməsi 6.794 (Əvvəl ödədiyi 8.005 manatla birlikdə cəmi 14.799 manat), Sumqayıt Apelyasiya Məhkəməsi 19.616 manat, Şəki Apellyasiya Məhkəməsi isə 8.340 manat ianə ediblər.
Adil İsmayılov yenilənmiş siyahı barədə deyib ki, ianə edənlərin siyahısında yenə də Bakı və digər ağır cinayətlər məhkəmələrinin, rayon, şəhər məhkəmələrinin, kommersiya və inzibati məhkəmələrin, nəhayət hərbi məhkəmələrin adı yoxdur: “Bu məhkəmələrdə çalışan tanıdığım hakimlərin deməsinə görə onların əmək haqqından tutulan pullar fonda Ədliyyə Nazirliyinin adından köçürülüb. Bu həqiqətən belədirsə hesab edirəm ki, ən azı hakimlərin müstəqilliyi prinsipinə ziddir. Yox belə deyilsə, həmin məhkəmələr də zəhmət çəkib prezidentin təşəbbüsünə dəstək versinlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-05-2020, 21:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-05-2020, 21:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32