reklam
Regionxeberlericom.az » Araşdırma » “Həm büdcə yükü azalar, həm də dövlət qazanar...” – Hüquqşünasdan maraqlı təklif

reklam

“Həm büdcə yükü azalar, həm də dövlət qazanar...” – Hüquqşünasdan maraqlı təklif


“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan dövləti tərəfindən məhkum edilmiş hər bir şəxsə hər ay üçün 170-200 manat civarında vəsait xərclənir. Düşünürəm ki, Cinayət Məcəlləsində (CM) elə maddələr var ki, həmin maddələri azadlıqdan mərhum etməklə deyil, başqa cəza növləri ilə əvəz edilərsə, dövlət büdcəsinə faydalı ola bilər”.

Bunları hüquqşünas Elnur Abbasov deyib.

Hüquqşünas CM-dən konkret misal gətirib: “Misal üçün, CM-nin 178.2.4 maddəsi, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs ən azı 1 il azadlıqdan mərhum edilməklə dövlət tərəfindən onun saxlanılması üçün 1 ilə 2400 manat vəsait xərclənir. Bu, dövlət büdcəsinə xeyli miqdarda ziyan deməkdir və eyni zamanda zərər çəkmiş şəxsə dəymiş olan maddi ziyanın bir il gözləməsi, bir ildən sonra mülki qaydada onu tələb etməsi çoxlu vaxt itkisidir. Fikrimcə, bu silsilədən olan cinayətləri dövlət başqa bir cəza növü ilə əvəzləşdirməklə həm dövlət büdcəsinə xeyir verər, həm də maddi zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilər”.

E. Abbasovun sözlərinə görə, əmlakı tamamilə dövlət mülkiyyətində olan müəssisə yaratmaqla CM-nin bu silsilədən olan maddələri ilə təqsrləndirilən şəxslər həmin yaradılmış dövlət müəssisələrində məcburi əməyə cəlb edilməklə həm maddi zərərçəkmiş şəxsin vəsaitinin geri qaytarılması, həm də dövlət nəfinə pul keçirməklə xeyirli ola bilər. “Dövlət müəssisəsi cəzalandırılmış şəxsə ayırdığı məvacibi hər ay zərərçəkmiş şəxsə ödəməklə həm həmin şəxsə, həm də istehsalat sahəsinə böyük töhfə verə bilər. Yaxud da Xüsusi Komendaturalarda müasir standartlara cavab verən şərait yaratmaqla sahibkarlarla komendatura arasında müvafiq müqavilə bağlamaq şərti ilə muzdlu işə cəlb etmək mümkün olar” - deyə hüquqşünas vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
2-05-2020, 21:09
Sikayət   


loading...
Загрузка...