Başçısı həbs olunan rayonların deputatları istefa verəcək?
Respublikaçi Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib ki, icra başçıları həbs edilən rayonların deputatları könüllü istefa verməlidir. O fikrini belə əsaslandırıb: “Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işini davam et.
İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdihyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur”.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyatlar nəticəsində Ağstafa, Neftçala və Biləsuvar rayonlarının icra başçıları həbs edilib.
Neftçalanın deputatı olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Yenisabah.az-a bildirib ki, İlqar Məmmədovun fikirlərini real hesab etmir. “Mən millət vəkili kimi təqsdiqlənəndə artıq icra başçısı həbs olunmuşdu. Digər tərəfdən İlqar Məmmədovun fikirləri real və ağlabatan deyil. Bu məsələlərin bir-birinə nə dəxli var axı? Millət vəkili gedib icra başçısı ilə yanaşı onun kabinetində oturmur və onun işinə nəzarət etmir”, - deyə Sabir Rüstəmxanlı bildirib.
Neftçalanın icra başçısı İsmayıl Vəliyev fevralın 21-də həbs edilib. Fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçirilib. Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini martın 5-də təsdiqləyib.
Ağstafa və Biləsuvar rayonlarının deputatlarına gəlincə, onların fikrini öyrənmək mümkün olmayıb. Məlumat üçün deyək ki, Milli Məclisdə Ağstafanı Nizami Cəfərov, Biləsuvarı isə Bəhruz Məhərrəmov təmsil edir. Onu da qeyd edək ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev ötən ilin dekabrında, Biləsuvarın icra başçısı Mahir Quliyev isə 4 gün əvvəl, yəni aprelin 30-da həbs edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-05-2020, 13:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-05-2020, 13:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32