“Ağ adamların” qara günləri başlayıb – AXI NİYƏ?!
Ya özünüz gedin, ya da qara maskalı xilaskarların qapınızı döyəcəyi günə hazırlaşın
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Azərbaycanda nağılları çox sevirlər. Uşaq vaxtdan hamımız Məlikməmmədin ürəyiaçıqlığının, Divin hiyləgərliyinin, Cirtdanın sözəbaxmazlığının nələrə gətrib çıxardığını həvəslə oxumuşuq. Mənim bu nağıllar arasında xüsusi olaraq, Ağ atlı oğlanın – Nərbalanın sərgüzəştlərinə, onun necə xilaskar rolunu oynamasına rəğbətim vardı. Bu gün bizim cəmiyyət də “ağ atlı oğlanların” – “ağ xalatlı, maskalı həkimlərin” necə xilaskar olmalarının şahidi olur. Bu nərbalalar lazım gələndə insana ən əziz olan can sağlıqlarını belə, vətəndaşlarımızın sağlamlığı naminə qurban verirlər. Belə demək olarsa, bu günkü “ağ atlılar” bizim cəmiyyətin xilaskarlarına çevriliblər.
Amma Azərbaycan – Azərbaycan olmazdı, əgər keçmişdən gələn nağıllara dəyişiklik etməsəydi. Nağıllarda qara paltarlı adamlar adətən şər qüvvələri təmsil edirlər. Elə real həyatda da adətən belə olur. 1937-38-ci illərdə gecə qara maşın kimin evinin qabağında dayanırdısa, hamı bilirdi ki, o maşından düşən qara plaşlı, şlyapalı adamlar evin yiyəsini yaxşı halda gedərgəlməzə göndərmək üçün gəliblər.
İndi isə bizdə vəziyyət elə gətirib ki, bizdə qara paltarlı adamlar da xilaskar rolunu oynamağa başlayıblar. Bu qara maskalı, qara paltarlı adamlar şər qüvvələri təmsil etmir, özləri şər qüvvələrin qorxulu röyasına çevriliblər. Söhbət Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayonlarda icra başçılarından tutmuş digər vəzifəli şəxslərə qədər keçirdiyi əməliyyatlarından gedir. Qara maskalılar rayonlarda camaata zülm edən “divlərin” – “ağ adamların” qəniminə çevriliblər. Və artıq karantin dövründə ağ maskalılara inam nə qədər artıbsa, qara maskalılara da bir o qədər artıb. Axı niyə?! Niyəsini izah edim.
Onsuz da hamı bilir ki, ölkənin əksər rayonlarında icra başçıları eyni sistemlə işləyirlər. “Sən mənə ver, mən də yuxarı ötürüm” prinsipinin hakim olduğu bir idarəçilik prosesində, yuxarı ötürənlərin elə yuxarılarda oturan himayədarlarının iştahları bəzən o qədər artır ki, yerlərdəki “divlərinə” “çap-tala” əmrini verirlər. Yenə başqa bir dövr olsaydı, insanlar bu mənfi faktorları, necə deyərlər, yola verərdilər. Amma indi ölkədə karantin rejimidir: dövlət, hətta ən xırda sahibkarın belə, batmaması üçün büdcədən böyük vəsait ayırır. Axı, bizi idarə edənlər yaxşı bilirlər ki, karantin rejimi gec-tez bitəcək və ondan sonra ölkədə total işsizliyin – “Hindistan variantı”nın yaranması riski həddən artıq təhlükəlidir. “Ac qılınca çapar”, - deyərlər. Odur ki, işsizləri müvəqqəti də olsa, sosial işlərə cəlb edirlər ki, insanların evində qazanı qaynasın.
Amma keçmişdən qalan, hansı yollarla bu səviyyəyə gəlib çıxması qaranlıq olan icra başçıları Prezidentin rayonlardakı vəziyyətin kritik həddə çatmasına imkan verməmək üçün atdığı addımlara ziyan vururlar. Nə olsun ki, karantindir? Nə olsun ki, xırda və orta biznes işləmir? Hətta, dövlətin müvəqqəti açdığı iş yerləri üçün belə, “ölü canlar” tapır, onların kartlarına yiyələnirlər.
Karantin rejiminə baxmayaraq, rayonda həmişə olduğu kimi, icra başçısına pay vermədən bir daşı da daş üstünə qoya bilməzsən. Bu, bir faktdır və regionların iqtisadi inkişafı proqramından ağız dolusu danışan bütün məmurlar da bunu yaxşı bilirlər. Amma dediyim kimi, bu bədbəxt icra başçıları nə nağıl oxuyublar, nə atalar misalı, nə də siyasi quruluşların mahiyyəti barədə hansısa fundamental əsər. Onlar bilmirlər ki, gec-tez Divin hiyləsi öz başında çatlayır, onlar bilmirlər ki, ac qılınca çapar və onlar bilmirlər ki, proletarın zəncirdən başqa itirməyə bir şeyi qalmadıqda ayağa qalxır və onu bu hala qoyanları tarixin arxivinə göndərir.
Amma qara maskalılar bir daha sübut etdilər ki, yuxarılarda bu dediklərimizlə tanış olanlar da az deyil. Və odur ki, korrupsioner məmurlar yavaş-yavaş da olsa, gərgin müqavimət şəraitində də keçsə, tarixin arxivinə göndərilirlər.
Qara maskalı xilaskarlara ümid o qədər çoxdur ki, artıq sadə camaat yox, deputatlar da onları məsələyə qarışmağa və hansısa rayonun camaatını xilas etməyə çağırırlar. Məsələn, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib: "Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir".
Demək olar ki, eyni problemlər əksər rayonlarımızda yaşanır. Biz də öz növbəmizdə, Allahdan da qorxmayan icra başçılarını Prezidentin tələblərinə əməl etməyə çağırırıq: Düzələ bilmirsinizsə, ərizələrinizi yazıb sakitcə tutduğunuz vəzifələrdən uzaqlaşın.
Bu arada, YAP-çı millət vəkili Siyavuş Novruzov da harınlamış məmurlarla bağlı maraqlı açıqlama verdi. Dedi ki, məsuliyyətə cəlb edilməsi gözlənilənlər sırasında nazir və komitə sədrləri də ola bilər: "Araşdırmadan sonra, kimliyindən asılı olmayaraq, müvafiq addımlar atılacaq. İndiyə qədər də görürsünüz ki, kimliyindən asılı olmayaraq həmin insanlar cəzalandırılır".
Odur ki, ya özünüz gedin, ya da qara maskalı xilaskarların qapınızı döyəcəyi günə hazırlaşın. Nağıllar aləmində yaşadığınızı unutmayn!
Paylaş:
Müəllif : Fuad
Tarix:4-05-2020, 13:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-05-2020, 13:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45