Göyçayda valideynləri vəfat edən tələbə qızın evini talan etdilər
Göyçayda valideynləri vəfat etmiş tələbə qızın evi dağıdılaraq talan edilib.
Hadisə rayonun Hacalıkənd kəndində baş verib.
Kənd sakini, Azərbaycan Pedaqoji Universitetinin ikinci kurs tələbəsi olan Süsən Hümbətova Bakıdan doğma evinə qayıdarkən acınacaqlı vəziyyətlə qarşılaşıb.
Hər iki valideyni vəfat edən 20 yaşlı Süsən Hümbətovanın sözlərinə görə, yaşadığı evin yanından keçən Hacalıkənd-Qaraman-Ləkçıplaq avtomobil yoluna asfalt döşənərkən ərazidə genişləndirmə işləri görülüb. Bu zaman həyətyanı sahənin çəpəri texnika ilə dağıdılıb, tikinti işlərindən sonra isə həyətin kənarı açıq qalıb. Bu səbəbdən naməlum şəxslər rahat şəkildə evə daxil olaraq mənzildəki əşyaları oğurlayıblar.
Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular hətta mənzilin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferini də söküb aparıblar. Neçə gündür ki, çəpəri olmayan bu həyətdə kənd sakinlərinin mal-qarası otladığı üçün meyvə bağı da məhv olub.
O, bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib.
Göyçay Rayon Polis Şöbəsindən bildirilib ki, vətəndaş Süsən Hümbətovanın müraciəti əsasında polis əməkdaşları həmin evə və həyətyanı sahəyə baxış keçirib, qızın izahatı alınıb, araşdırma aparılır. Süsən Hümbətova Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin də qəbulunda olub, evə baxış üçün nümayəndələr göndərilib, məsələ araşdırılır.(apa)
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2020, 23:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-05-2020, 23:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:21
TAİS İKF" MMC-nin "Bakı Metropoliteni” QSC-də gördüyü milyonluq işlər araşdırılır? - VİDEO
Bu gün, 09:22
Ağır yaralanıb əmək qabiliyYətini itirən Ucar sakininə əlillik niyə verilmir ?- ŞİKAYƏT
4-01-2025, 11:55
Polşa Aİ Şurasına sədrliyi dövründə ABŞ, Böyük Britaniya və Cənubi Koreya ilə əməkdaşlığı gücləndirəcək
4-01-2025, 10:49
Trampın andiçmə mərasimində bir ilk yaşanacaq: Bayden qərarından dönmək fikrində deyil
4-01-2025, 10:35
Abşeronda qanusuz evləri tikən “MAKLER”lər icra başçısı Abdin Fərzəliyevlə necə anlaşıb?
3-01-2025, 11:29