İcra başçısı rüşvəti evində alıb - Video
İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən keçmiş icra başçısı Vilyam Hacıyev rüşvəti evində alırmış.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi açıqlamada məlumat verilib.
Vilyam Hacıyev ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırıb, bunun üçün alınan pul vəsaitlərini isə özünün yaşadığı evində qəbul edib.
Bütün bu proses onun evində olan kamera ilə qeydə alınıb. DTX-nin yaydığı videodan görünür ki, V.Hacıyev işçisindən pulları bir-bir alır, daha sonra “gözlə, buradan 3 min sənə verim” deyir.
Vilham Hacıyevə rüşvət verənlərin içərisində “Azərişıq”ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov da var.
C.Əhmədov istinaqa ifadəsində bildirib ki, sosial məişət şəraiti aşağı olan şəxslər üçün tikilən binadan mənzil verilməsinə görə rüşvət verib: “Mənə ikiotaqlı mənzilin verilməsinə görə razılıq verildi. Sonra mənə bildirildi ki, Cəmillə (baş mühasib) əlaqə saxlayım. Beş ay ərzində Cəmilə 10 min manat ödədim”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-05-2020, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-05-2020, 13:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35