İcra başçısına niyə töhmət verilib? - Açıqlama

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova töhmət elan edilməsinə münasibət bildirib.
RegionXəbərləri.com Report-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən BŞİH başçısı bildirib ki, bütün icra hakimiyyətlərinin başçıları yaxşı işləməlidir:
"Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin öz fəaliyyətlərində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirik. Bu, normal haldır. Çünki kiməsə cəza verilməsi, kiminsə fəaliyyətinin qiymətləndirilməsi normaldır. Deməli, daha da yaxşı işləməliyik".
E.Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının töhmətdən nəticə çıxarıb-çıxarmaması ilə bağlı sualı belə cavablandırıb:
"Bu gün buna cavab vermək hələ tezdir. Çünki bir ay yeni keçib. Hər halda onların ünvanına yeni bir irad deyilməyib”.
E.Əzizov həmçinin bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa BŞİH-ə tabe olan heç bir rayon icra hakimiyyətlərinin başçılarına töhmət verilməyib.
Qeyd edək ki, martın 24-də BŞİH-də keçirilən müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-05-2020, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-05-2020, 11:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT