reklam
Regionxeberlericom.az » Araşdırma » TORPAĞI OLAN İŞSİZLƏR... - Onlara yanaşma necə olmalıdır?

reklam

TORPAĞI OLAN İŞSİZLƏR... - Onlara yanaşma necə olmalıdır?


Kənd təsərrüfatı torpaqları olan şəxslərin qanunvericilikdə avtomatik məşğul sayılması məsələsi son 2 ayda ən çox dartışılan məsələlərdən biri olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu statistikadan və meyardan çıxış edərək adına pay torpağı olan vətəndaşlara 190 manat birdəfəlik yardım verməkdən imtina etdi. Bu da əhali arasında ciddi narazlıqlara səbəb olsa da, nazirlik mövqeyindən geri çəkilmədi.
Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, ucdantutma bütün torpağı olanların məşğul sayılmasını istər beybəlxalq təcürbə, istərsə də beynəlxalq metodologiya baxımından yanlışdır.
Ekspert hesab edir ki, ən azından indi yanaşma dəyişməlidir, “Məşğulluq haqqında” qanuna təcili dəyişiklik olmalıdır: "Bir metdodiki yanaşma deyim: bir nəfər üçün aylıq yaşayış minimum umu orta hesabla 190 manat təşkil edir. Demək, orta statisitk ailəni 4 nəfər götürsək, bu ailənin il ərzində minimum yaşayışını təmin etmək üçün 9400 manata yaxın vəsait lazımdır.
Bu hədd yoxsulluğun sərhədidir - yəni bu həddə pul qazananlar yoxsullardır. Beynəlxalq praktikaya görə həmin səviyyədən aşağı hədd aclıq həddidir".
R. Ağayev belə bir hesablama aparmağa çalışıb ki, 1 ha torpaqda insanlar nə əkib-becərə, nə qədər heyvan saxlaya bilər ki, orta statistik ailənin minimum yoxsulluq həddindən yuxarı yaşaya bilməsini təmin etsin: "Təklifim belədir: hökumətin müvafiq strukturları - Kənd Təsərrüfat və İqitsadiyyat Nazirliklərinin, DSK-nın mütəxəssislərindən ibarət bir komissiya yaradılsın, müxtəlif əkin növləri və heyvandarlıq fəaliyyəti üzrə 1 ha torpağın keyfiyyət qrupundan asılı olaraq gəlir əldə etmə potensialını hesablasınlar, ildə bir dəfə yaşayış minimumu ilə bağlı bu hesablamanı da təzələsinlər. Bütün fəaliyyət növləri üzrə xərlər çıxıldıqdan sonra orta gəlirliliyi hesablasınlar, kəndlilər də ildə bir dəfə öz torpaqlarında nə becərdikərini elektron kənd təsərrüfatı sistemində qeyda aldırsınlar".
Ekspert vurğulayır ki, artıq bu məlumat və qaydalar olduqdan sonra 1 hektarın bazasında ailələrin orta gəlirliliyini hesablamaq da proplem olmayacaq. Onun sözlərinə görə, bu hesablama nəticəsində orta statistik əmək qabiliyyətli şəxsin məşğul sayılması üçün kafi sayıla biləcək torpaq sahəsinin də həcmini müəyyən etmək çətin olmayacaq.
"Bu, həm də sosial müdafiə sisteminə ədalətin də gətirilməsi üçün çox önəmlidir. Ailədə adambaşına 0,2 ha torpağı və 2 ha. torpağı olan insanları eyni meyarla məşğul saymaq çox ədalətsizdir"-deyə ekspert bildirib.
İqtisadçı daha sonra bir təcrübəni də bölüşüb: "Bəzi postsovet ölkələrində aşağı ölçülü torpaq sahəsi olan və fermer kimi qeydiyyata düşməyən ailə təsərrüfatlarını "həvəskar", "öz tələbatını ödəyən" fəaliyyətlə məşğul olanlar kimi uçota alırlar. Fermer kimi uçota alınanlardan fərqli olaraq bunları heç də avtomatik məşğul sayıb ədalətsizcəsinə dövlətin sosial müdafiə sisteminin əhatəsindən kənara atmırlar".


Paylaş:


Müəllif : Tarix:
11-05-2020, 21:58
Sikayət   


loading...
Загрузка...