Həbsxanalarda koronavirus yayıldığı təsdiqləndi - Şəkərli diabet xəstələri risk altındadır
13 saylı Cəzaçəkmə Müəssisəsində 28 məhbusda koronavirus aşkarlandığı iddia olunur. Həmin müəssisədə cəza çəkən Beynəlxalq Bankın keçmiş̧ rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə məktubunda bu barədə yazıb və qardaşının xilası üçün Prezident İlham Əliyevdən kömək istəyib.
Mayın 11-də prezidentə müraciətində Ə.Hacıyeva iddia edib ki, bu günlərdə müəssisədə məhkumlar arasında koronavirusa yoluxma halının olub-olmadığını müəyyənləşdirməkdən ötrü test keçirilib. 28 məhbusda testin nəticəsi müsbət olub və onlar müəssisədən çıxarılıb.
Ə.Hacıyeva deyib ki, virusa yoluxanların aparılmasından sonra da təhlükə aradan qalxmayıb: "O müəssisədə şərait çox ağırdır. Təsəvvür edin, 50 kvadratmetrlik yerdə 60 məhbus saxlanılır. Orada məhkumlar arasında vərəm, hepatit, QİÇS və başqa xroniki xəstələr çoxdur. Müəssisədəki bu təhlükəli durum digər məhbus ailələri kimi məni də bacı olaraq narahat edir".
Penitensiar Xidmətin ictimaiyyətləəlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların virusa yoluxması haqda məlumatları təkzib edib.
Şöbə rəisi mətbuata açıqlamasında bildirib ki, ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan məhkumlar arasında belə hal yoxdur.
Amma dünən Ədliyyə Nazirliyi açıqlama yayaraq məlumatı təsdiqləyib. Qurumun yaydığı məlumatda bildirilir ki, penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar vəəməkdaşlar arasında COVID-19 müayinələri aparılıb.
Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.
Xatırladaq ki, Azərbaycanda COVID-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə şəxslərə sovqat çatdırılması, onların yaxınlarıyla görüşləri qadağan olunub.
Bundan başqa Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən artıq olan 160-dən artıq məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilərək azadlığa buraxılıb. Onların arasında tanınmış şəxslər də olub.
Prezidentin pandemiya dövründə atdığı bu humanist addımı yüksək dəyərləndirən ekspertlər bildirirlər ki, həbsxanalarda olan bəzi məhkumlarla bağlı da müvafiq qərarların verilməsinə ehtiyac var. Xüsusi ilə şəkərli diabetdən, müxtəlif daxili xroniki xəstəliklərdən əziyyət çəkən məhbusların koronavirusa yoluxma riski yüksəkdir. Beynəlxalq araşdırmalara görə, müxtəlif ölkələrdə pandemiyadan həyatını itirən məhbusların böyük bir qismi səhhətində problem olan insanlardır.
Mərkəzi Gömrük Hospitalının endokrinoloqu mətbuata bildirib ki, şəkərli diabet xəstələri koronavirus COVİD-19 infeksiyasından özlərini daha ciddi qorumalıdırlar. Çünki, şəkərli diabet xəstələrində bu xəstəlik ağır keçir və bu insanlar ciddi fəsadlarla üzləşə bilərlər.
Onlar aşağıda qeyd olunan qaydalara ciddi riayət etməlidirlər.
1. Qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır. Bunun üçün gündə bir neçə dəfə qanda şəkəri ölçmək lazımdır;
2. Gün ərzində 1.5- 2 lt maye qəbul edilməlidir;
3. Hərəkət çox önəmlidir.Gün ərzində evdə 5000 addım atmaq lazımdır;
4. Həkim məsləhəti olmadan heç bir dərman içmək olmaz;
5. Qanda şəkər yüksələrsə həkimlə əlaqə saxlamaq və lazım olarsa dərmanların dozasında dəyişiklik edilməlidir və s.
Əlbəttə, həbsdə olan şəkərli diabet xəstələrinin bu qaydalara riayət etməsi obyektiv və subyektiv amillərə görə olduqca çətindir. Həbsxanalardakı şərait, pandemiyanın yaratdığı əlavə çətinliklər xəstələrin müaviq dərman, prəhrizli qida məhsulları ilə təminatını kifayət qədər məhduddlaşdırıb. Belə şəraitdə insanların həyat və sağlamlığının qorunması istiqamətində dövlətin atdığı addımların davamlı olması daha məqsəduyğun olardı.
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev "AzPolitika.info"-ya şərhində bildirmişdi ki, həbsxanalarda müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə, o cümlədən, şəkərli diabet xəstələrinə xüsusi diqqətlə yanaşılır: “Onlar xüsusi risk qrupuna daxildir. Əlbəttə, məhkumlar haqqında vaxtında əvvəl azad etmə ilə bağlı rəylər hazırlanarkən onların məsələsinə daha həssas yanaşılır. Məhkəmələr də onların vaxtından əvvəl azadlığa çıxması istiqamətində qərarlar qəbul edir. Əfv sərəncamının 65 yaşdan yuxarı şəxslərə şamil edilməsi də əsas verir ki, belə xəstələrə daha humanist yanaşılsın. Əgər, onlar ağır cinayətlər törətməyiblərsə, yaxud cəzalarının böyük bir hissəsini çəkiblərsə, belə yanaşma tətbiq oluna bilər ”.
İctimai Komitənin üzvü bildirir ki, son vaxtlar koronovirus pandemiyasının geniş yayılması ilə bağlı belə xəstələrin durumu xüsusi ilə nəzərə alınır: “Eyni zamanda başqa tədbirlər də düşünülür. Ümid etmək istərdim ki, bu cür məhkumlarla bağlı gələcəkdə növbəti Əfv sərəncamlarına şahid ola bilərik. Bundan başqa amnistiya aktının qəbul olunması istiqamətində təkliflər səslənir”.
Hüquq müdafiçəsi həm vaxtından əvvəl cəzadan azad etmə institunun genişləndirilməsilə, həm də Əfv sərəncamları ilə xüsusi risk qrupuna daxil olan və ağır cinayətlər törətməyən xəstə məhkumların azadlığa buraxılması istiqamətində addımların bundan sonra da atılacağına əmin olduğunu bildirdi.
Xatırladaq ki, mayın 11-nə olan məlumata görə, Azərbaycanda 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həbsxanada koronovirus pandemiyasının yayılmağa başlaması xüsusi risk qrupuna daxil olan şəkərli diabet xəstələrilə təcili qərarın verilməsini zərurətə çevirir. Ağır cinayətlər törətməyən bu cür xəstə məhkumları cəzasının çəkilməmiş hissəsindən azad edilməklə və ya şərti cəza ilə evə buraxılması onları mümkün təhlükədən qorumağın ən optimal yolu olar.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2020, 15:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-05-2020, 15:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16