reklam
Regionxeberlericom.az » Araşdırma » HƏR GÜN DAHA 6 MİN UŞAQ ÖLƏ BİLƏR - 118 ölkə üzrə ən pis 3 ssenari açıqlandı

reklam

HƏR GÜN DAHA 6 MİN UŞAQ ÖLƏ BİLƏR - 118 ölkə üzrə ən pis 3 ssenari açıqlandı


COVID-19 pandemiyası səhiyyə sistemlərini zəiflətdikcə və rutin xidmətləri pozduqca gələn altı ay ərzində dünyada qarşısı alınması mümkün səbəblərdən hər gün əlavə olaraq 6 min uşaq ölə bilər. Bunu BMT-nin UNICEF uşaq təşkilatı mayın 13-də açıqladığı hesabatda bildirir.
Hesablama Con Hopkins Bloomberg İctimai Səhiyyə Məktəbinin tədqiqatçılarının təhlilinəəsaslanır və bu yaxınlarda “The Lancet” tibb dərgisində çap olunub.
6 aya 1,2 milyon uşaq
Təhlil 118 aşağı və orta gəlirli ölkələrdəən pis üç ssenariyə əsaslanır. Bildirilir ki, cəmi altı ay ərzində yaşı 5-dən aşağı 1,2 milyon uşaq məhz rutin tibb xidmətlərinin azalması səbəbindən ölə bilər. Altı aylıq müddətdə əlavə 56 min 700 ana ölümü proqnozlaşdırılır. Hazırda bu rəqəm 144 mindir.

Səhiyyə sistemləri onsuz da zəif ölkələrdə COVID-19 tibbi təchizat zəncirlərinə təsir göstərir, maliyyə və insan resurslarına təzyiqi artırır. Karantin, komendant saatları ucbatından tibb ocaqlarına gedişlər azalır. UNICEF hesabatda xəbərdarlıq edir ki, bu pozuntular ana və uşaq ölümlərini fəlakətli şəkildə artıra bilər.
Ən zəif ssenariyə görə, yaşı 5-dən az uşaqlar üzrə ölüm halları 9,8 faiz arta bilər, yəni günə 1400 ölüm. Ana ölümlərində isə 8,3 faizlik artım baş verə bilər. Ən pis ssenari halında uşaq ölümlərinin aya 44,7, ana ölümünün isə 38,6 faiz artacağı proqnozlaşdırılır.
Hesablamalara görə, hər hansı səbəbdən rutin tibbi xidmət pozular, ərzağa çıxış azalarsa, uşaq və ana ölümlərində artım məhvedici olar.
Pandemiyanın digər təsirləri
UNICEF pandemiyanın uşaqlara digər təsirlərindən dərindən narahatdır.
Belə ki, dünyada yaşı 18-dən az uşaqların 77 faizi, yəni 2,35 milyard uşaqdan 1,8 milyardı evdə qalmağın tələb olunduğu 132 ölkədə yaşayır. 177 ölkədə 1,3 milyard uşaq, yəni 72 faiz məktəblərin bağlanması nəticəsində məktəbə getmir.

Dünya əhalisinin 40 faizi evdə əllərini sabun və suyla yuya bilmir.
143 ölkədə 370 milyonadək uşaq hər gün əsas yeməyini məktəbdə yeyirdi, indi məktəblər bağlandığından başqa mənbələr axtarmalıdırlar. 
Aprelin 14-dək 37 ölkədə 117 milyon uşaq qızılcaya qarşı peyvənd olunmayıb. Belə ki, koronavirusun yayılmasını önləmək üçün immunlaşdırma kampaniyaları dayandırılıb.


Paylaş:


Müəllif : Tarix:
14-05-2020, 09:30
Sikayət   


loading...
Загрузка...