BAĞLANAN BANKLARDAN DAHA BETƏRLƏRİ VAR - Yaxud, biznes kreditlərinə qəpik-quruş ayıran banklar hansılardır?
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin edilib və daha sonra bu 4 bankın lisenziyası ləğv olunub. Nəticədə çoxlu sayda sahibkarın külli miqdarda vəsaiti həmin banklarda batıb, hər bankda çalışan yüzlərlə bank işçisi işsiz qalıb.
Maraqlıdır ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi son mətbuat konfransında bank sektorunda yoxlamaların hələ yeni başladığını qeyd edib: “Sektorda yalnız ilkin yoxlama aparılıb. Tam yoxlama olsa yəgin ki, məlum 4 bank kimi bankların sayı çox olar.”
Baş bankirin bu açıqlaması digər banklarda əmanətləri və hesabı olan olan sıravi vətəndaşlarda, eləcə də sahibkarlarda narahatlıq yaratmaqla yanaşı, bir çox suallar doğurub. Məsələn, əgər belə bankların sayı çoxdursa, nədən ilk olaraq məhz bu 4 bank seçilib və seçim edilərkən hansı kriteriyalar əsas götürülüb?
Qeyd edək ki, ölkə başçısı bu ilin yanvarında keçirilən iqtisadi müşavirədə bank sektorundakı problemlərə toxunarkən bir məsələni xüsusi qeyd etmişdi – biznes kreditlərinin istehlak kreditlərindən daha vacib olmasını: “Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər... Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir... Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır.”
Ancaq məsələ ondadır ki, bank sektoruna nəzarət funksiyası daşıyan Mərkəzi Bank həmin müşavirədən cəmi 4 ay sonra 4 bankın ləğvinə qərar verdi və bu, istər həmin banklarda əmanətləri olan vətəndaşlar, istərsə də hesablarında külli miqdarda vəsait olan sahibkarlar üçün növbəti sürpriz oldu. Xüsusilə sahibkarların bu banklarda külli miqdarda vəsaiti batdı.
Biznes kreditlərinə istehlak kreditlərinə nisbətdə üstünlük verilməsainə gəlincə, yenə də bir çox banklar bunun əksini edirlər. Və maraqlıdır ki, bağlanan banklar bu məslədə hazırda fəaliyyət göstərən bəzi adlı-sanlı banklara nisbətən daha yaxşı nəticələrə malik olublar.
2020-ci ilinin ilk rübünün nəticələrinə dair statistika göstərir ki, məsələn bağlanan “AGBank” ASC və “NBCBank” öz maliyyə durumlarının imkan verdiyi çərçivədə kifayət qədər aktiv şəkildə biznes kreditləri veriblər. Belə ki, “NBCBank” 85 milyon, “AGBank” isə 146.6 milyon manatlıq biznes krediti portfelinə malikdir.
Ancaq onlarla müqayisədə “BANK BTB” 75 milyon, “Exspressbank” 62 milyon, “Bank Avrasiya” isə cəmi 60 milyon manatlıq biznes kreditləri verib.
İstehlak kreditləri üzrə lider banklardan olan “Bank of Baku” isə təxminən bağlanan “NBCBank” qədər – cəmi 87 milyon manatlıq biznes krediti portfelinə malikdir.
Müqayisə üçün qeyd edək ki, həmin bu “Bank of Baku” 260 milyon manatlıq istehlak krediti verib, yəni biznes kreditlərindən 3 dəfə çox(!). Əvəzində, “NBCBank” 40 milyon, “AGBank” isə cəmi 22 milyon manatlıq istehlak krediti portfelinə malik olub. Bu, o deməkdir ki, həmin banklar biznes kreditinə istehlak kreditindən dəfələrlə artıq vəsait ayırıblar.
Onlarla müqayisədə sistem bankları sayılmayan “Unibank”( 272 milyon manat), “Bank of Baku”(260 milyon manat), “Expressbank”(141 milyon) kimi banklar dəfələrlə artıq məbləğdə istehlak krediləri paylayıblar – yəni ölkə başçısının da dediyi kimi, asan yol tutublar. Ancaq nədənsə, belə bankları “düz yola” dəvət edən hələ ki, yoxdur...
Təbii ki, Mərkəzi Bankın sözügedən 4 bankı bağlamaqda kapitalın mənfi olması kimi müəyyən arqumentləri var. Təbii ki, burada həqiqət payı mövcuddur və həmin banklar əlbəttə ölkənin heç də ən sağlam bankları deyildi.
Lakin aşağı-yuxarı eyni durumda olan banklar az deyil. Və yaxşı olar ki, Mərkəzi Bank bankların biznesə dəstəyi məsələsinə də fikir versin və onların fəaliyyətini qiymətləndirərkən bu amili xüsusi nəzərə alsın.
Misal üçün bank sektorunun və biznes mühitinin heç də sağlamlığından xəbər verməyən istehlak kreditlərinin yüksək həcmi barədə mənzərə ilə tanış olmaq üçün bir statistikaya nəzər yetirək.
Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditinin kredit portfelindəki payı üzrə cədvəli göstərir ki, “Bank of Baku”-nun istehlak kreditləri ümumi kredit portfelinin 75 faizini təşkil edir. Eyni siyahıda “Expressbank” – 69 faiz, “Unibank” – 59 faiz, “Azər-Türk Bank” – 56 faiz, “Bank BTB” – 48 faiz göstəricilərlə “lider”dirlər.
Həmin bankların əksəriyyəti istehlak kreditlərilə müqayisədə biznes kreditlərinə qəpik-quruş ayırırlar. Hələ yoxlayan olsa, biznes adı ilə ayırdıqları pulların da əksəriyyətinin özlərinə yaxın şəxslərə verildiyi üzə çıxar. Elə bunun nəticəsidir ki, uzun illərdir “sahibi olmayan” bir çox sahibkarlar məlum səbəblərdən belə bankların qapısından əliboş qaytarılır.
Ancaq Mərkəzi Bank nədənsə indiyə qədər bu reallığa elə bir ciddi əhəmiyyət verməyib. Daha doğrusu, üzdə biznesin canlandırılması üçün bankların biznes kreditləri ayırmasında maraqlı olduğunu göstərsə də, reallıqda bu istəyin gerçəkliyə çevrilməsinin şahidi ola bilmirik.
Çünki bankları və sahibkarları biznes kreditlərilə bağlı stimullaşdıran heç bir ciddi addım atılmır. Və belə davam etdikcə də qeyri-neft sektorunda, bütövlükdə iqtisadiyyatda canlanma gözləmək mənasız olur...
Paylaş:
Müəllif : Fuad
Tarix:16-05-2020, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-05-2020, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09