reklam
Regionxeberlericom.az » Araşdırma » “Fəxri adlara qeyri-ciddi baxıram” – Murad Arif

reklam

“Fəxri adlara qeyri-ciddi baxıram” – Murad Arif


Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq üçün ölkəmizdə karantin rejimi elan olunub.

Karantin rejiminin elan olunması bir çox peşə sahibləri kimi sənət adamlarını da evə “həbs edib”. Müğənni-bəstəkar Murad Arif bu və digər mövzularda fikirlərini Yenisabah.az-la bölüşüb. O, karantin bitdikdən sonra yeni işlərlə izləyicilərinin qarşısına çıxacağını bildirib:

- Karantin rejimini evdə keçirdim. Kitablar oxudum, mütaliə etdim. Hazırlaşırıq, yeni işləri təqdim edəcəyik, gözləyirik karantin bitsin. Təbii ki, digər sənət adamları kimi mən də karantin müddətində müxtəlif humanitar aksiyalarda iştirak etdim. Amma etdiyim yardımları demirəm, bu fəaliyyətimi reklam etmirəm.

- Mədəniyyət Nazirliyindəki həbslərdən sonra mədəniyyət adamlarının fəaliyyəti yenidən təftiş olunur. Belə bir iddia var ki, layiq olmayan adamlar bu sektorda zirvəyə yüksəlib, fəxri adlara sahibləniblər. Sizcə, təmsil olunduğunzu sferada təsadüfi adamlar çoxdur?

- Mədəniyyət Nazirliyində bir-iki nəfəri tutublar, bundan xəbərim var. Mənə elə gəlir bu tip şeylər həmişə, hər yerdə olub. Hər şey çox nisbidir, hamının özünə görə sevəni, dəstəkləyəni var. Mən ümumiyyətlə, fəxri ad məsələsinə qeyri-ciddi bir şey kimi baxıram, bu məni narahat edən mövzu deyil.

- Cəmiyyəti ən çox qıcıqlandıran zövqsüz müğənnilərin efirlərdə meydan sulamasıdır. Bayağı mahnılar oxuyan müğənnilərin əl-qolunu kim bağlamalıdır?

- Televiziyada bayağılığın qarşısını kanal rəhbərliyi almalıdır. Telekanallar dəstək görməlidir, dəstək görməyən kanallar bağlanmalıdır. Bunun sadəcə forması var. Azərbaycanda media reytinqin arxasınca qaçmamalıdır, bu cəmiyyətin zövqü üçün təhlükəlidir. Mən hesab edirəm ki, telekanallara maddi dəstək olmaq lazımdır ki, onlar reytinqdən asılı olmasınlar.


Paylaş:


Müəllif : Tarix:
20-05-2020, 13:53
Sikayət   


loading...
Загрузка...