reklam
Regionxeberlericom.az » Araşdırma » Mingəçevirdə 80-dən çox məcburi köçkün ailəsi bu vəziyyətdə yaşayır – VİDEO + RƏSMİ AÇIQLAMA

reklam

Mingəçevirdə 80-dən çox məcburi köçkün ailəsi bu vəziyyətdə yaşayır – VİDEO + RƏSMİ AÇIQLAMA


Mingəçevir şəhəri, AzDres qəsəbəsi, Naxçıvan 25 küçəsində yerləşən Tibb Kollecinin inzibati binasında məskunlaşmış 80-dən çox məcburi kökçün ailəsi 27 ildir ki, binanın sadəcə 1 ədəd çıxışı olan və anti-sanitar vəziyyətin hökm sürdüyü mərtəbəsində yaşayırlar.
Bu haqda məlumat verən sözügedən yataqxananın sakini Səbuhi Əhmədov bildirir ki, bu müddət ərzində heç bir səlahiyyətli şəxs gəlib onların vəziyyəti ilə maraqlanmayıb. Məcburi köçkünlərin yaşadığı şəraiti əks etdirən görüntüləri sosial şəbəkələrdə yayan və redaksiyamıza təqdim edən S. Əhmədov deyir ki, Tibb Kollecinin rəhbərliyi tərəfindən həmin mərtəbədəki çıxışların biri bağlanıb:
“Nəticədə bütün məcburi köçkünlər bir çıxışdan istifadə etməli olurlar ki, bu da fövqəladə vəziyyətlər zamanı təhlükəni ikiqat artırır. Bina qəzalı vəziyyətdədir, amma buna baxmayaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir dəfə də olsun gəlib yerində bu vəziyyətlə maraqlanmayıblar”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev Yeniavaz.com-a açıqlama verərək bildirib ki, Mingəçevir şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilən zaman, AzDres qəsəbəsi, Naxçıvan 25 küçəsində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə qanunauyğun formada baxıla bilər:
“Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı – Yol xəritəsinə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. Yol xəritəsinə əsasən, 2020-2024-cü illərdə Bakı şəhərində ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan 24 minə yaxın məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək. Bu il əsasən Bakı və Sumqayıt şəhərlərində olmaqla, 7 mindən çox məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək.
Mingəçevir şəhərində yeni qəsəbə istifadəyə verilən zaman, AzDres qəsəbəsi Naxçıvan 25 küçəsində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə qanunauyğun formada baxıla bilər”.


Paylaş:


Müəllif : Tarix:
20-05-2020, 14:16
Sikayət   


loading...
Загрузка...