reklam
Regionxeberlericom.az » Araşdırma » “GÖMRÜKDƏ 1 MANAT BELƏ RÜŞVƏT YOXDUR” – “İttihamlar əsassızdır”

reklam

“GÖMRÜKDƏ 1 MANAT BELƏ RÜŞVƏT YOXDUR” – “İttihamlar əsassızdır”


“Zaman-zaman müəyyən qurumlar haqqında əsassız ittihamlar səsləndirilir. Hətta az qala ideal, pak işləyən qurumlar var ki, onlara qarşı da ittihamlar səsləndirilib. Bu cür qurumlardan biri də Dövlət Gömrük Komitəsidir”.

Bu fikirləri AzNews.az-a Aqro-Düşüncə və Analiz Mərkəzinin (ADAM) sədri, iş adamı Mürvət Həsənli son zamanlarda Dövlət Gömrük Komitəsinə qarşı səsləndirilən ittihamlara münasibət bildirərkən deyib.

M.Həsənli qeyd edib ki, bu Komitədə son 1-2 ildi rüşvət və korrupsiya halları yoxdur, özəlliklə burada “Yaşıl dəhliz” buraxılış sisteminin yaradılması ilə daha çevik və şəffaf gömrük nəzarəti həyata keçirilir: “Bu sistem vasitəsilə heç gözləmədən malımızı gətiririk, daha sonra gömrüyünü edirik. “Yaşıl dəhliz” ölkəmizin ixrac potensialını gücləndirir, fiziki gömrük yoxlamalarını minimuma endirir, məmur-sahibkar münasibətlərini hazırkı dövrümüzə uyğunlaşdıraraq, müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirir. Bu da daha əlverişli biznes mühitinin, sürətli sərhəd keçidinin yaranmasına xidmət edir. Amma bütün bunlara baxmayaraq, Gömrük Komitəsini istəməyənlər, ümumiyyətlə dövlətin apardığı siyasətə qarşı çıxan müxalif düşüncəli insanlar hər zaman bu cür əsası olmayan ittihamlar irəli sürürlər. Həqiqətə uyğun olmayan iddiaları ortaya atmaqda məqsəd odur ki, bu Komitəni gözdən salsınlar. Amma qeyd etmək istərdim ki, Gömrük Komitəsinin bu gün gördüyü işlər göz qabağındadır. Görülən işlər əsaslıdır, ancaq ittihamlar əsassız. Əgər ittiham da əsəslandırılmırsa, bu cəfəngiyyat sayılır”.

İş adamı hesab edir ki, Gömrük Komitəsində son 2 ildə 1 manat belə rüşvət yoxdur: “Komitənin sədri cənab Səfər Mehdiyev qurumda çox yeniliklər edib. Bu yeniliklər də öz növbəsində Komitədə maliyyə nəzarətinin gücləndirilməsinə, dövlət büdcəsinin artırılmasına şərait yaradıb. Bunu Gömrük Komitəsinin verdiyi hesabatlarda aydın şəkildə görmək mümkündür.

Məlumdur ki, S.Mehdiyev dəfələrlə çıxışında qeyd edib ki, “əgər gömrük əməkdaşlarından kimsə 1 manat rüşvət alırsa, onun məsuliyyətini mən daşıyıram”. Bu sözdən sonra heç kim Gömrük Komitəsinin paklığına, şəffaflığına kölgə sala bilməz. Mən də bir iş adamı olaraq gördüklərim əsasında tam səmimi deyirəm ki, orada 1 manat belə korrupsiya halı yoxdur. Ümummilli lider Heydər Əliyevin bir şüarı vardı ki, “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir”. Bu gün bizim də ölkəmizdə Gömrük Komitəsinin xidməti həqiqətən müstəqilliyimizin əsas atributlarından birinə çevrilib”.


Paylaş:


Müəllif : Tarix:
22-05-2020, 08:54
Sikayət   


loading...
Загрузка...