“Karantindən sonra Azərbaycanda boşanmaların sayı daha da artacaq” - Psixoloq
Psixoloq Vüsalə Rüstəmin Yenisabah.az saytına müsahibəsi:
- Sovet dövrünün nostalgiyası ilə yaşayan insanlar həmin illərdə ailə institutunun möhkəm olmasını üstünlük kimi önə sürürlər. Sizcə sovet dönəmində boşanmaların sayının müasir dövlə müqayisədə bir neçə dəfə az olması nə ilə bağlı idi?
- Sovet dövründə ailə institutları vardı və bu sahəyə ideoloji prizmadan yanaşılırdı. İdeoloqlar yarımçıq ailədə doğulan uşaqların cəmiyyət üçün hansı təhlükə saçdığını bildiklərinə görə ailə dəyərlərini təbliğ edir, bu istiqamətdə ardıcıl iş aparırdılar. Məlumat azlığı, seçimin standart olması və ya az fərqlənməsi ilə yanaşı, əxlaqi dəyərlər də öndə idi. Yəni sovet dövründə kiminsə ağlına gəlməzdi ki, 3 uşağı olan ananı boşasın. O, dərhal qınaq obyektinə çevrilirdi. İctimai qınaqdan çəkinən insanlar bir-birilərini sevməsələr belə bir yerdə yaşamağa məhkum idilər. Yuxarıda sadalanan səbəblər üzündən sovet dövründə ailələrin dağılmasının statistikası müasir dövrlə müqayisədə bir neçə dəfə az idi.
- Belə çıxır ki, ictimai qınaq zəif olduğu, cəmiyyət bu məsələyə biganə qaldığı üçün boşanmaların sayı artıb. Amma bəzən ailələrin dağılmasına Şərq ölkələri üçün xarakterik olan adətlər də səbəb olur…
- Azərbaycanda qadınların Şərq ölkələrinin əksəriyyətində olduğu kimi, kişinin köləsi olduğunu iddia edə bilmərik. Boşanmaların sayında müşahidə olunan artım həm də qadınların müstəqil olması ilə bağlıdır. İndi heç bir valideyn öz qızına “meyitin ərinin evindən çıxmalıdır” məzmunlu mesajlar vermir. Həyat yoldaşı ilə yola getməyən qadın boşanmaqdan çəkinmir. O, nəinki qərar verərkən tərəddüd etmir, hətta TV-lərə çıxıb öz qərarını ictimailəşdirə bilir. Qadının müstəqil qərar verməsi, öz hüquqlarını bilməsi yaxşıdır. Amma beş-üç günün içində boşanmaq istənilən halda pis tendensiyadır. Boşanma nəticəsində bir ailə dağılır, ümidlər yox olur, uşaqlar valideynlərin birindən məhrum olur, zədəli böyüyür, başlı-başına qalır. Belə uşaqlar gələcəkdə asan idarə olunmur və psixoloji cəhətdən daim gərgin olurlar.
- Boşanmaların sürətlə artmasına səbəb nədir? Təcrübə göstərir ki, bir-birindən ayrılan cütlüklər ikinci, üçüncü evliliklərində heç də həmişə arzuladıqları xoşbəxtliyi tapa bilmirlər…
- Səbəb çoxdur. Əsas səbəb insanların bir-birini yaxşı tanımaması, sosial çətinliyə davam gətirməməsi, ailə üzvlərinin müdaxiləsi və cinsi uyğunsuzluqdur. Karantin dövrü bitdikdən sonra Azərbaycanda boşanmaların sayı daha da artacaq. İki insan evləndikdə çox zaman əsl xarakterlərini gizlədirlər. Qarşı tərəfi məmnun etmək üçün onun meylli olduğu xarakteri alırlar. Bu isə təbii olmadığı üçün uzun müddət davam edə bilməz. Az bir vaxtdan sonra insan əsl simasını göstərməyə başlayır. Nəticədə qarşı tərəf onun xarakterindəki mənfi cəhətlərə dözmür və münaqişələr başlayır. Hər bir ailə münasibətinin kökündə qarşılıqlı anlaşma, hörmət, dostluq və sevgi dayanmalıdır. Bunlardan biri yarımçıq olduqda insan özünü narahat hiss edir və şüuraltına neqativ enerji toplanır. Sevgisiz qalmış, hörmət edilməyən kişi və qadın bir evdə uzun müddət qala bilmir. Ünsiyyət pozulursa münasibət də pozulur. Bir evin içərisində iki yad insan yaşayır. Nəticədə boşanma qaçılmaz olur.
- Vəziyyətdən çıxış yolu nədir? Axı uzun müddət belə davam edə bilməz. Bu tendensiya subay gənclərin ailə qurmasını da çətinləşdirir…
- Evlənən cütlüklər bir-birilərini yaxşı tanımalıdırlar. Bəylik kostyumu geyinmək, yaxud ağ duvağa bürünmək xatirinə evlənmək olmaz. Öncə yaxşı dost, həmsöhbət olmağı bacarmalıdırlar. Çünki bir gün sevgi bitsə belə dostluq qalacaq. Əgər birgə söhbət alınsa darıxmayacaqlar, danışa-danışa anlaşacaqlar və bütün problemlərdən çıxış yolu tapacaqlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2020, 16:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2020, 16:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16