Araz Ağalarovun xəstəxanası ilə bağlı təhqiqat başladı - Qalmaqal
Moskva prokurorları azərbaycanlı biznesmen Araz Ağalarovun koronaviruslu xəstələr üçün qurduğu xəstəxanada dərman çatışmazlığı və əmək qaydalarının pozulması üzrə təhqiqata başlayıb. Həmin pozuntular haqda "Azadlıq" radiosunun "Nastoyaşeye Vremya" televiziyası xəbər yaymışdı.
Moskva regionunun prokurorluğu bildirib ki, xəstəxananı idarə edənlərin hərəkətləri dəyərləndiriləcək və buna hüquqi qiymət veriləcək. Müvəqqəti xəstəxana Moskva yaxınlığındakı Krasnoqorskda Ağalarovun “Krokus Expo” sərgi kompleksində quraşdırılıb.
Bu yaxınlarda “Nastoyaşeye Vremya” “Scanner project” təhqiqat layihəsi ilə birlikdə apardığı araşdırmanın nəticələrini dərc edib. Araşdırma Ağalarovun xəstəxana quraşdırmaqdan ötrü 2 milyard rubl (28 milyon dollar) dəyərində dövlət kontraktlarını tendersiz əldə etdiyini üzə çıxarıb.
Obyektdə çalışan bir neçə tibb işçisi anonimlik şərtilə deyiblər ki, iki həftədir işə başlamalarına baxmayaraq əmək müqavilələri yoxdur, xəstəxanada tibbi avadanlıq, fərdi qoruma vasitələri, xəstələr üçün dava-dərman çatışmır. Həkimlərin deməsinə görə, onlara ilkin olaraq 36 saatlıq iş həftəsinə görə 250 min rubl (3 min 500 dollar) maaş vəd olunsa da sonradan 72 saata qaldırılıb.
Həkimlər onu da əlavə ediblər ki, şikayət edəcəkləri halda kompensasiyanın kəsilməsi ilə hədələniblər. Tibb bacıları ilə mayın 22-dən əmək müqavilələri imzalanmağa başlanıb.
Hazırda xəstəxananın 500 xəstəsi var. Bu müvəqqəti xəstəxanaya Krasnoqorskdakı 1 saylı xəstəxanaya nəzarət edir, ancaq onlar açıqlama verməyib, jurnalistləri Səhiyyə Nazirliyinə yönəldiblər. Nazirlikdən də açıqlama almaq mümkün olmayıb. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:26-05-2020, 21:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-05-2020, 21:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:10
Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 08:54
İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
6-01-2025, 12:21