“Bu vəhşilikdir...” – Vəzirov danışdı
“Bu günə qədər ermənilər zəlzələ yerinə xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşilikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”.
Bu sözləri Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi Əbdürrəhman Vəzirov Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına verdiyi müsahibədə Ermənistanda 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən, Azərbaycanın ora necə yardım etməsi ilə bağlı danışarkən deyib.
Ə.Vəzirovun sözlərinə görə, Ermənistanda zəlzələ baş verdikdən 1 saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb: “Dedim ki, yardım prosesində iştirak etməliyik. Daha ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq. Əvəzində nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”.
Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana gedib: “ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng vurdu. Dedi “hər şeyi bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı ki, “düşünürəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar ağıllanacaqlar”. Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi. Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər”.
Ə.Vəzirov bildirirb ki, oradan Yerevana gəliblər:”Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti görüşdü, oturduğu mikroavtobusa mindik. Mən ona olduğum yerdə adamların dediklərini çatdırdım. Hər yerdə “Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. Yerevana gəlmiş yüksək sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, Yerevanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. Yerevandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə “çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq”.
Azpost.info
Paylaş:
Müəllif : Fuad
Tarix:27-05-2020, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-05-2020, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07