“Vahid Əhmədovun niyə belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm“ - Millət vəkili
Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.
Məsələ ilə bağlı deputat Elman Nəsirov Sonxeber.az-a açıqlama verib.
Deputat bildirib ki, Milli Məclisin deputatı, həmkarı Vahid Əhmədovun Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi fikirlər tamamilə əsassızdır:
"Xüsusilə də onun guya ki, Ermənistan Baş nazirinin qondarma rejimdə keçirilən qondarma seçkilərdən sonra Şuşa şəhərində andiçmə mərasimində iştirak etməsi, orada şənlənməsi kimi məsələlərdə Azərbaycan Müdafiə Nazirini ittiham etməsi və eyni zamanda ölkə rəhbərliyinə qarşı da orada fikirlər var. Çünki Vahid Əhmədovun mövqeyindən belə çıxdı ki, Azərbaycanın Müdafiə Naziri vəziyyətlə bağlı Ali Baş Komandanı ya lazımı səviyyədə məlumatlandırmır, ya da ki, heç ümumiyyətlə məlumatlandırmır. Hesab edirəm ki, bu çox ciddi və əsassız ittihamdır. Hesab edirəm ki, bu gün Azərbaycanda ən fəal nazirlərdən biri də məhz Müdafiə Naziridir".
Deputat bildirib ki, o şəxsən Müdafiə Nazirliyinin xətti ilə bütün cəbhə bölgəsində, təmas xəttində olub:
"Orada olan vəziyyət ilə tanışlıq, zabit, əsgər heyətinin xidməti vəziyyəti, onların ərzaqla təminatı, lazımi bütün şəraitin təmin olunduğunu öz gözlərimlə görmüşəm. Eyni zamanda əsgərlərimizin çox böyük döyüş ruhunda olduğuna şahidlik etmişəm. Hətta mənə belə epizodlar danışdılar ki, ölkənin Müdafiə Naziri əslində heç kimə xəbər etmədən istənilən hərbi hissəyə gələ bilər və hər an onun gəlişini gözləyirlər. Ona görə də hər zaman hərbi hissələr Müdafiə Nazirininn gözlənilməz gəlişinə hazır vəziyyətdədirlər. Ona görə də Azərbaycan Ordusunda çox ciddi nizam-intizam var. Onları mən kimdənsə eşitməmişəm, şəxsən öz gözlərimlə görmüşəm. Yəni, özüm şahidlik edirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, Vahid müəllimin söylədikləri obyektiv, reallığı əks etdirmir. Çünki Vahid müəllim kifayət qədər təcrübəli deputatdır və bu qədər təcrübəli deputatın niyə belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm".
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2020, 20:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-06-2020, 20:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57