reklam
Regionxeberlericom.az » Araşdırma » Jurnalistlərin binası ilə bağlı son durum – “Rəhbərlik nə deyirsə, onu da edirəm”

reklam

Jurnalistlərin binası ilə bağlı son durum – “Rəhbərlik nə deyirsə, onu da edirəm”


Jurnalistlər üçün tikilən binalarla bağlı yoxlamaların aparılması barədə xəbərlərin ardı-arası kəsilmir. Lakin hələ ki, yayılan məlumatlara rəsmi şəkildə reaksiya verilməyib.

Bir neçə gün əvvəl isə məlumat yayılıb ki, mənzillərin ədalətsiz bölgüsü ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edən bir qrup jurnalist Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilib. Bu məlumatdan sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs oluna biləcəyi barədə ehtimallar irəli sürülüb. Eyni zamanda bu məsələnin Prezidentin keçmiş köməkçisi Əli Həsənov üçün da ciddi başağrısı olacağı barədə fikirlər səsləndirilir.

Yenisabah.az yayılan məlumatlarla bağlı adıçəkilən şəxslərin mövqeyini öyrənmək istəsə də, mümkün olmayıb. “Jurnalist Evi”MMC-nin direktoru Bünyamin İsmayılov isə saytımıza açıqlamasında deyib ki, binalarla bağlı yoxlamaların aparılması barədə məlumatı yoxdur. “Mən 60 gündür ki, burdayam. Amma siz deyən məsələlər barədə mənə heç kim heç nə deməyib. Ümumiyyətlə, kimsə deməyib ki, onun qapısını döyüblər. Yəni bu barədə hər hansı məlumatım yoxdur”, - deyə MMC-nin direktoru bildirib.

Bünyamin İsmayılov həmçinin əlavə edib ki, bu məsələ ilə hüquq-mühafizə orqanlarına çağırılmayıb. “Heç yerə çağırmayıblar. 60 gündür burdayam. Yeni rəhbrəlik nə deyirsə, onu da edirəm”, - deyə müsahimiz vurğulayıb.

Jurnalistlərin binasında mənzillərin ədalətsiz bölgüsü, satışa çıxarılması barədə suala isə belə cavab verib: “Mənzillərin bölgüsü ilə məşğul olmamışam. Bundan qəti xəbərim yoxdur. Bu, Prezident Administrasiyası səviyyəsində həll olunan məsələlərdir. Mən burada sadəcə xidmət göstərirəm. Hansı jurnalistə buradan mənzil verilirsə, mənim üçün fərqi yoxdur. Kim yaşayır, kim satır o da mənlik deyil. Mən sadəcə öz işimi görürəm”.


Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 13:05
Sikayət   


loading...
Загрузка...