Deputat: “Kadr islahatlarını istəməyən qüvvələr var” - MÜSAHİBƏ
“Mən bir neçə dəfə maliyyə amnistiyası, gəlir deklarasiyası haqda mətbuata danışmışam, bu haqda qanunlar qəbul edilməlidir və icra olunmalıdır”.
RegionXəbərləri.com məlumatına görə, bunu “Azadlıq” radiosuna müsahibəsində Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib.
Onun sözlərinə görə, gəlir deklarasiyası haqqında qanun var, amma icra edilmir, o normativ sənəd işlənib hazırlanmır.
- Vahid müəllim, son zamanlar Azərbaycanda bir sıra icra başçıları, nazir müavini, idarə rəisi saxlanılıb, onlar korrupsiyada, külli miqdarda dövlət əmlakını mənimsəmədə ittiham olunur. Amma bəziləri hesab edir ki, icra başçılarının və ya başqa vəzifəli şəxslərin korrupsiyaya bulaşması məlum idi və son həbslər gecikmiş addım idi. Siz nə fikirləşirsiniz bu haqda?
- Mən elə hesab etmirəm. Hər dövrün öz şəraiti var. O şəraitə uyğun olaraq da hərəkət edilməlidir. Dövlət başçısı müəyyən tövsiyələr verdi. Hələ bir il, ilyarım bundan qabaq icra başçılarına, həm yerli, həm də mərkəzi icra orqanlarına xəbərdarlıq etdi ki, özünüzü yığışdırın, problem yaratmayın, əhaliylə işləyin, əhalinin problemləri ilə məşğul olun. Amma görünür, bəziləri bundan ibrət götürmədi, işlərini davam etdirdilər və dövlət başçısı da tamamilə düzgün qərar qəbul etdi. O işlərini davam etdirənlər mütləq cəzalarını çəkməliydilər və adekvat olaraq həbslər həyata keçirildi. İndi mərkəzi icra orqanlarında yoxlamalar aparılır. Bir şey başa düşülməlidir. Azərbaycan 29 ildir müstəqil dövlətdir. Amma elə dövrlər, mərhələlər olub ki, Azərbaycanda korrupsiyaya, rüşvətə qarşı mübarizə aparmaq o qədər də əhəmiyyət kəsb etməyib. Çünki Azərbaycanın müstəqilliyini, sabitliyi qorumaq lazım olub. Bundan istifadə edənlər də həddən artıq çox olub. Xəbərdarlıq edilməsinə baxmayaraq, əməllərini davam etdiriblər. Mən hesab edirəm, dövlət başçısı, cənab İlham Əliyevin atdığı addım düzgündür. Kim bu yolla hərəkət etmək istəmirsə, yəni, korrupsiyadan, rüşvətdən əl çəkmək istəmirsə, istefa verib getməlidir. Düzdür, bizdə hələ o istefa mədəniyyəti yoxdur, axırıncı günə kimi kreslodan yapışacaqlar. Ancaq başa düşməlidirlər, bunun geci-tezi var.
- Siz dediniz ki, məmurlara prezident səviyyəsində xəbərdarlıq edilib. Bəlkə elə xəbərdarlıq olunmadan, dərhal korrupsiyada suçlu bilinən məmurlar işdən uzaqlaşdırılmalı, cəzalandırılmalıydılar?
- Doğru addım idi. Mən bayaq qeyd etdim, biz müstəqillik dövründə elə periodlardan keçmişik ki, hakimiyyətə basqınlar olub, kənardan müdaxilələr olub, Azərbaycanın dövlət müstəqilliyini məhv etmək istəyən dövlətlər olub. Amma indi şərait yetişib. Əvvəl Azərbaycanın iqtisadi şəraiti o qədər yüksək olmayıb, siyasi cəhətdən gərginliklər olub. İndi dövlət ayaq üstdə durub və qərar verilib ki, bu məsələni həll etmək, qurtarmaq lazımdır.
- Belə iddialar da səslənir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə bağlı kadrlar korrupsiya suçlamaları ilə hakimiyyətdən uzaqlaşdırılır, təmizləmə aparılır.
- O iddialar da var. Mən sizə açığını deyim, bunu Milli Məclisdə də hiss edirəm, digər təbəqələrdə də. O da ola bilər. Amma ümumi mövqe bir olmalıdır, o da Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Biz ölkənin müstəqilliyinin daimi və əbədi olmasını istəyiriksə, mübarizə aparılmalıdır. Üzdə şüar deyib, arxada başqa işlərlə məşğul olmaq olmaz. Müstəqilliyin daimi, əbədi olması üçün demokratik dövlət qurulmalıdır, rüşvət, korrupsiya olmamalıdır. Olsa da, bu, lap minimuma endirilməlidir ki, hiss edilməsin.
- Korrupsiyada suçlanan məmurların hakimiyyət daxilində dəstəkçiləri, dayaqları varmı, Sizcə. Dəstək olmadan onlar...
- Ona şübhəniz olmasın. Hiss olunur ki, son vaxtların kadr islahatlarını istəməyən kənar qüvvələr var. Onlar sabah məsuliyyətə cəlb olunmaqdan qorxurlar. Siz fikir verin də, istənilən biri rəhbər vəzifədən uzaqlaşan kimi milyonları, milyardları üzə çıxır. Haradandır bu vəsaitlər? Niyə bu qədər vəsait məndə yoxdur? Mən baş nazirin birinci müavini işləmişəm, baş naziri əvəz etmişəm, 10 ildən çox zavod direktoru, böyük müəssisələrin rəhbəri olmuşam. Amma bu adamlarda bu qədər pul haradan əmələ gəlir? Korrupsiya hallarıdır, istifadə ediblər. Bir də, mən bir neçə dəfə maliyyə amnistiyası, gəlir deklarasiyası haqda mətbuata danışmışam, bu haqda qanunlar qəbul edilməlidir və icra olunmalıdır. Gəlir deklarasiyası haqqında qanun var, amma icra edilmir, o normativ sənəd işlənib hazırlanmır. İnsanlar bilməlidir ki, qazandığı hər manat nəzarətdə olacaq. Ona görə maliyyə, əmlak amnistiyasına, gəlir bəyannaməsinə çox böyük ehtiyac var.
- 15 ildir gəlir bəyannaməsi ilə bağlı qanun qəbul edilsə də, qaydalar işləmir. Sizcə, buna səbəb nədir?
- Dövləti idarə etmək - mən idarəçilikdə iştirak edən adamam, – elə asan məsələ deyil. Xarici təzyiqlər var, daxili təzyiqlər var. Dövlətin müstəqilliyinin qorunması üçün iqtisadi amillər vacibdir. Bu da Azərbaycanda indi yaranır, son iki-üç ildir. Bundan qabaq yox idi axı, təzyiqlər güclü idi və s. İndi imkan var, bu problemlər həll edilməlidir. Azərbaycanda rüşvət, korrupsiya halları aradan qaldırılmalıdır.
- Məmur övladlarının əmlakları son günlərdə medianın gündəmindədir. Böyük Britaniyada təxminən 100 milyonluq əmlakı olduğu üzə çıxan keçmiş nazir Eldar Mahmudovun övladları deyib ki, bu varidat onlara babalarından qalıb. Bu mümkündürmü? Eldar Mahmudov da nazir olub və vəzifəyə gələndə...
- Ola bilər, Eldar Mahmudova dədəsindən-babasından miras qalıb. Çar Rusiyası dövründə Azərbaycanda kifayət qədər varlı adamlar, neft maqnatları olub. Amma bu araşdırılmalıdır, həqiqətən də vəsait oradanmı qaynaqlanır. Bunu araşdırmaq böyük iş deyil. İstənilən ekspertlər, beynəlxalq maliyyə qurumları araşdıra bilərlər. Amma hesab edirəm ki, bu məsələləri kənara qoymaq lazımdır. İndiki dövrdə pandemiya var, başqa siyasi proseslər baş verir, 2021-ci ildə yeni düzən yaranacaq. Ona görə həmin vəsaitləri ölkəyə gətirmək lazımdır, burda iş yerləri açılmalıdır, zavodlar-fabriklər tikilməlidir. Bununla bağlı qanun qəbul edilməlidir. Bu yaxınlarda çox hörmətli (iqtisadiyyat naziri) Mikayıl Cabbarov prezidentə məruzə edəndə bu məsələ üzərində işləndiyini dedi. Bunlar lazımdır, dövlət üçün, millət üçün lazımdır.
- Maliyyə amnistiyasını nəzərdə tutursunuz?
- Bəli. Maliyyə, əmlak amnistiyasına çox böyük ehtiyac var, nə qədər tez olunsa, o qədər yaxşıdır. Düzdür, qanun qəbul olunsa, deyiləcək ki, bu, qaçaqmalçılıqda, narkoticarətdə istifadə edilə bilər və s. Ona görə də o vəsait Azərbaycanda yalnız investisiya şəklində istifadə oluna bilər. İkincisi də, xaricdə vəsaiti olanlar başa düşməlidir ki, onlara moratoriumlar, həbslər qoyulur, ondan istifadə edə bilmirlər. Bunu başa düşməlidirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-06-2020, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-06-2020, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57