reklam
Regionxeberlericom.az » Araşdırma » Başı bəlalı 211-ci maddə - DYP geri çəkilmir, hüquqşünas israr edir

reklam

Başı bəlalı 211-ci maddə - DYP geri çəkilmir, hüquqşünas israr edir


Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqində jurnalistin Dövlət Yol Polisi əməkdaşları (DYP) tərəfindən 13.04.2020-ci il tarixədək səlahiyyətləri olmadığı halda İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə 18 687 nəfər barəsində verilmiş inzibati tənbeh qərarlarının ləğv edilməsinə dair sualına Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev cavab verib. Polis polkovniki bildirib ki, DYP əməkdaşlarının tərtib etdiyi inzibati xəta protokolları üzrə inzibati tənbeh vermə qərarları polis orqanlarının rəisləri tərəfindən verildiyindən, ləğv edilməyəcək. 

Xatırladaq ki, bu məsələni "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov gündəmə gətirib. "AzPolitika.info" saytı bu mövzunu araşdırıb, tərəflərin mövqelərini dərc edib.
Kamran Əliyevin açıqlamasından görünür ki, hüquqi mübahisə hələ də həllini tapmayıb.
Hafiz Həsənov bildirir ki, həmin qərarların ləğv edilməsi barədə Daxili İşlər Nazirliyinə (DİN) yazılı qaydada müraciət edib: "DİN-n Baş İctimai Təhlükəsizlik İdarəsindən 10.06.2020-ci il tarixdə aldığım cavab məktubunda da 13.04.2020-ci il tarixədək verilmiş inzibati xətalar üzrə qərarların polis orqanlarının rəisləri və müavinləri tərəfindən verildiyi bildirilir. Hesab edirəm ki, bu cavablardakı yanaşmalar da hüquqi mübahisə xarakteri daşıyır və haqqında söhbət gedən qərarlar ləğv edilməlidir".
Hafiz Həsənov mövqeyini belə əsaslandırır: "Birincisi, hətta qəbul etsək ki, DYP əməkdaşlarının İXM-nin 211-ci maddəsi tərtib etdiyi inzibati xəta protokolları üzrə inzibati tənbeh vermə qərarları polis orqanlarının rəisləri və onların müavinləri tərəfindən verilib, bu, həmin qərarların qanuniliyi üçün əsas yaratmır.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə DYP əməkdaşları tərəfindən İXM-nin 211-ci maddəsi ilə inzibati xəta protokollarının tərtib edilməsi həmin maddə üzrə inzibati məsuliyyətə cəlb etməyə dair icraata başlamadır və hansı ki, bu protokol əsasında inzibati tənbeh vermə qərarı qəbul edilir. Yəni, inzibati xəta protokollarının tərtib edilməsi inzibati məsuliyyətə cəlb etmənin ilkin mərhələsidir.
DYP əməkdaşlarının isə 13.06.2020-ci il tarixədək İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etməyə dair inzibati xəta protokollarını tərtib etmək səlahiyyəti olmayıb. Bu səlahiyyət də DYP əməkdaşlarına inzibati tənbeh verməyə dair səlahiyyətin verildiyi vaxtda, yəni Prezidentin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" 13 aprel 2020-cü il tarixli Fərmanı ilə verilib.

Ona görə də DYP əməkdaşları tərəfindən 13.04.2020-ci il tarixədək İXM-nin 211-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta protokolları üzrə polis orqanlarının rəisləri və müavinləri inzibati tənbeh vermə qərarları verə bilməzdi. Çünki bu qərarların əsaslandığı inzibati xəta protokolları buna hüququ olmayan şəxslər tərindən tərtib edilib".
Hüquqşünas ikinci fakt kimi bu arqumenti təqdim edir: "İnzibati Xətalar Məcəlləsinə və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na görə inzibati xəta üzrə protokol DYP əməkdaşı tərəfindən tərtib edilibsə, bu protokol üzrə inzibati tənbeh vermə qərarı digər polis orqanlarının rəisləri və ya onların müavinləri tərəfindən deyil, DYP-nin yuxarı orqanlarının rəisləri və digər vəzifəli şəxsləri tərəfindən verilə bilər. 13.04.2020-ci il tarixədək isə, DYP-nin aşağı vəzifəli şəxslərindən tutmuş yuxarı orqanlarının rəisləri və digər vəzifəli şəxslərindək bütün əməkdaşlarının İXM-nin inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb.
Üçüncü, bu qərarların ləğvinə dair müzakirələr başlanarkən DYP rəmiləri əvvəlcə bildirirdilər ki, 13.04.2020-ci il tarixədək DYP əməkdaşlarının bu səlahiyyətləri olub. Sonra bildirildi ki, DYP əməkdaşlarının tərtib etdiyi protokollar üzrə inzibati tənbeh vermə haqqında qərarlar DYP-nin yuxarı vəzifəli şəxsləri tərəfindən verilib. Hazırda isə, bu cür qərarların pols orqanlarının rəisləri və müavinləri tərəfindən verildiyi bildirilir. Baş Dövlət Yol Polisinin rəsmi internet səhifəsində isə (https://dyp.gov.az/?/az/news/view/734/), 01.04.2020-ci il tarixdən 14.04.2020-ci il tarixədək DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat kimi 18 687 hərəkət iştirakçısının inzibati məsuliyyətə cəlb edildiyi bildirilir".


Paylaş:


Müəllif : Tarix:
13-06-2020, 13:23
Sikayət   


loading...
Загрузка...