“İSLAHATLAR SÜRƏTLƏNDİRİLSƏ, QƏRB İNQİLABA CƏHD EDƏCƏK” – “ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki…”
Qüdrət Həsənquliyev: “Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənqiliyevin müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, xarici işlər nazirlərinin Moskva görüşündən sonra Qarabağ problemini həlli istiqamətində hansısa irəliləyişlər ola bilər?
– Əgər Rusiya ilə bağlı qapılar arxasında hansısa razılığa gəlmişiksə, ola bilər. Əks halda biz əldə olunmuş razılaşmalarla Ermənistan üçün daha təhlükəsiz şərait yaradırıq ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətini daha uğurla və sürətlə həyata keçirsin.
Elmar Məmmədyarovun 25 illik danışıqlardan sonra verdiyi bəyanata görə, o, nəhayət, “dərindən başa düşüb ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır”. Onun nəyi başa düşdüyünü bilmirəm, sözün doğrusu mən onun dediklərindən heç nə başa düşə bilmədim…
- İslahatların gedişi barədə nə düşünürsünüz?
– İnkişaf etmiş qərb-xristian dünyasının yaradacağı təhlükələrə əhəmiyyət vermədən Prezident islahatları dərinləşdirir. İri istehsal müəssiələri investisiya müsabiqəsinə çıxarılır, qanunun aliliyinin təmin olunması üçün məhkəmə-hüquq islahatlarına başlanılıb. Aqrar sektorun inkişafı üçün ciddi işlər görülür, ordunun döyüş qabiliyyəti artırılır.
- Nədir Qərbin Azərbaycandan istəyi?
– Türkmənistan kimi bir dövlət qurmaq, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə etmək barədə düşünməmək.
- Nəyin əsasında belə düşünürsünüz?
– Vaxtilə ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki, “insanları küçələrdən yığışdırın”. Müxalifətə isə həmin vaxt başqa sözlər deyirdi, başqa bəyanatlar verirdi. Bu yetərli deyilmi?! Qərbin ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə kömək etmək üçün çox böyük imkanları olduğu halda heç vaxt bunu etməyib. Etdikləri isə qarşılığında nələrisə öyrənmək və bu yolla proseslərə mane olmaq məqsədi daşıyıb.
İlham Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər. Radikal müxalifət düşərgəsində, ortada heç nə olmaya-olmaya öncüllük üçün bir-birinə “qardaş” deyib, amma bir-birinə qarşı hər cür mənəviyyatsızlığa əl atanlar, görün xaricdən real hakimiyyət vədi alarlarsa nələr edərlər… Qardaş qırğınına belə gedərlər.
Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq. Onlara isə müharibə lazım deyil. Torpaqlarımızın xristian ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərərimizdən və nəqliyyat infrastrukturumuzdan istifadə lazımdır. Amma zamanında bu siyasətlərinin nə dərəcədə yanlış olduğunu anlayacaqlar.
Qərbin istəklərinin nəzərə alınması və islahatların gecikdirilməsi isə sosial partlayışların baş verməsi ehtimalına görə daha təhlükəlidir.
Əgər İlham Əliyev və Mehriban Əliyeva, onların övladları müasir, modern dünyagörüşlü insanlar olmasaydı Azərbaycan çoxdan Türkmənistana çevrilmişdi. Baxmayaraq ki, reallıq hissini itirmiş bəzi siyasətbazlar iddia edirlər ki, guya onların mübarizəsi Azərbaycanın Türkmənistan olmasına imkan verməyib. Amma “Türkmənistanlaşma” siyasəti aparılsaydı qərb də, totalitar cəmiyyətdə formalaşıb demokratik vərdişləri mənimsəməmiş xalqımız da həmin siyasəti alqışlayacaqdı. Ona görə də Prezident mövcud durumu nəzərə alıb tədrici və ardıcıl addımlarla cəmiyyəti inkişaf etdirmək, müasir təfəkkürlü Azərbaycan insanı formalaşdırıb bu reallığı xarici dairələrə qəbul elətdirmək istəyir.
Vaxtilə söyləmişdim ki, islahatlar dərinləşdikcə təxribatların miqyası genişlənəcək. Amma biz xalqımızla bizi gözləyən təhlükələr barədə açıq danışmalı, təxribatlardan qorxmamalıyıq.
- Xalqımız həmin təxribatlara uyarmı?
– Əvvəllər də demişəm ki, bütün xalqlar azadlığa və rifaha layiqdir. Amma hər xalq buna təminat verəcək dövlət qurmaq gücündə deyil. Hazırda xalqımızın sosial inkişaf səviyyəsi elədir ki, aparılan siyasətlə onu qürurlu və torpaqlarını işğaldan azad etmək üçün qəhrəmanlıq göstərməyə hazır olan millətə də çevirmək olar, yaxud hər şeylə barışan müti kütləyə də. İlham Əliyev müasir düşüncəli bir dövlət adamı kimi bunu görür və Qarabağın işğalı ilə çıxılması çox çətin olan ,”bataqlığa” düşmüş ölkəmizi təhlükəsiz yolla irəli aparmağa çalışır.
Xarici güclər Qarabağın işğalına və işğal altında saxlanılmasına kömək etməklə Azərbaycanda demokratik dövlət quruculuğu prosesinə böyük zərbə vurmaqdadırlar.
- Axı zaman bizi Qarabağdan uzaqlaşdırır. Sonra onu geri qaytarmaq mümkünsüz olmayacaq ki?!
– Ona görə də mən bəzi riskləri göz önünə alıb daha cəsarətli və daha çevik siyasət yürüdülməsinə çağırıram. Qarabağın azadlığı üçün danışıqları hamımızın forpost adlandırdığı Ermənistanla deyil, bağlı qapılar arxasında Rusiya ilə aparmalıyıq. Müstəqil qərar qəbul etmək gücündə olmayan ölkə ilə danışıqlar aparılmasının nə mənası var. Rusiya ilə yaxınlaşmamızın dövlət suverenliyimizi təhdid edəcəyindən, yaxud buna görə Qərbin artacaq təzyiqlərindən qorxmaq lazım deyil. Bəziləri deyir ki, bir az da gözləyək Rusiya dağılacaq. Bu illüziyadır. Bütün dövlətlər kimi Rusiyanın da öz problemləri var. Amma Putin daxili siyasəti ilə imkan yaradıb ki, ölkəni narahat edən problemlər çoxfraksiyalı Dövlət Dumasında qızğın müzakirə olunsun. Problemlər barədə sadəcə inqilab etmək istəyənlər danışıb xalqda belə təsəvvür yarada bilməsinlər ki, yalnız onlar düz söz danışır və xalqın problemləri yalnız onları narahat edir. Televiziyalarda siyasi hakimiyyət üçün ən ağrılı problemlərin belə müzakirəsini təmin etməklə xalqı hər cür təxribat xarekterli məlumatların yayıldığı sosial şəbəkələrdən ayırıb canlı efirə baxmağa qaytarıblar. Məhz bu səbəbdən inqilabçılar milyonlarla insanı küçəyə çıxara bilmir. Narazı elektoratın 85 % -i parlamentdə təmsil olunan müxalifət partiyalarının ətrafında cəmləşib. O partiyalar xarici gücələrə bağlı deyil və hər hansı böhran anında dövlətçiliyə xəyanət etməyəcəklər. Bu mənada bizim böyük dövlətçilik təcrübəsi olan Rusiyadan öyrənəcəyimiz çox şey var. Ona görə də Rusiyanın dağılmasını və hansısa möcüzə nəticəsində Qərbin mövqeyinin dəyişəcəyini gözləmədən çalışıb münaqişədə əsas söz sahibi olan Rusiya ilə anlaşmaqla, bu alınmasa belə hər bir halda müharibə edib işğala son qoymalıyıq. İşğalın davam etməsi gələcəkdə vətəndaş qarşıdurmasına yol açmaqla hər birimizə və xalqımıza böyük faciələr yaşadacaq, dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-04-2019, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-04-2019, 15:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29