reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycan vətəndaşları mayda Türkiyədən 42 evalıb

reklam

Azərbaycan vətəndaşları mayda Türkiyədən 42 evalıb


Bu ilin may ayında Türkiyədə mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 44,6% azalaraq 50,9 minə enib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Belə ki, bu ilin may ayında Türkiyədə ən çox ev alan İran vətəndaşları olub ki, hesabat dövründə onlar 209 mənzil satın alıblar. Sıralama da İranı Əfqanıstan (48), Çin (46) və Azərbaycan (42) vətəndaşları izləyib.

Məlumata görə, hesabat dövründə ən çox mənzil satılan bölgələr sıralamasında 7 640 mənzillə İstanbul (ümumi bazadakı payı 15% olub) birinci yerdə qərarlaşıb. Onu 4 939 mənzillə Ankara (ümumi bazadakı payı 9,7%) və 3 096 mənzil satışı ilə İzmir (ümumi bazadakı payı 6,1%) izləyib.

Eyni dövrdə ən az mənzil satılan bölgələr isə Ardahan (4), Hakkari (15), Tuncəli (21) olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında əcnəbilərə satılan mənzillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 12 598-ə enib/Report.


Paylaş:


Müəllif : Tarix:
15-06-2020, 13:06
Sikayət   


loading...
Загрузка...