Aktyor Tofiq Mirzəyevi Azərbaycandan İsrailə nə apardı? - Tanımadığımız məşhur
Azərbaycan kinosunda maraqlı obrazlar yaratmış məşhur aktyor Tofiq Mirəzyev bu gün – iyunun 16-da növbəti ad gününü qeyd edir. Modern.az-ın məlumatına görə, uzun illərdir İsraildə yaşayan və yalnız yay aylarında Bakıya qonaq gələn həmyerlimiz Tofiq Mirəzyevin bu gün 88 yaşı tamam olur.
Qeyd edək ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. O, "Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır.
Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və s. filmlərdə maraqlı obrazlar yaradıb.
Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar.
O, sənətə öncə musiqiçi kimi gəlib, sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib.
T.Mirəzyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir.
Sənətçi ilə yaxından dostluq edən, eyni zamanda qohum olan Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bildirdiyinə görə, Tofiq Mirzəyevdə musiqiçi qabiliyyəti lap erkən yaşlarından üzə çıxıb. Amma müharibə illərində anası, qardaşı və bacısıyla cəbhəyə yollanan atasının yurdu Gədəbəydə yaşamalı olduğundan o, klarnet ifaçılığı üzrə musiqi təhsilini yalnız 12-13 yaşlarından almağa başlayıb. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirəzyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb.
“Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib”.
Anarın bildirdiyinə görə, özünün olduqca maraqlı xatirələrində Tofiq Mirəzyev təmsil olunduğu nəslin caza olan həvəsi barədə belə yazır:
"Məhz 50-ci illərdə bizlər, müharibədən sonrakı dövrün uşaqları "Günəşli vadinin serenadası", "Dinki-Cazdan olan Corc"un ovsununa düşdük, ispan, italyan, fransız mahnılarının sədaları Bakı küçələrini bürüdü. Elə o vədələrdə də ilk dəfə radio məlumatlarına qulaq asmağa başladıq. Var-gücləriylə o səsi batırırdılar, amma bu hay-küyün və cırıltının içində belə bizim cavan qulaqlarımız "Amerikanın səsi"nin Tanjer vasitəsiylə bütün dünyaya yayımladığı bir saatlıq proqramını tuta bilirdi. Yeri gəlmişkən, məncə, böyük caz ifaçısı Pərviz Rüstəmbəyov Bakıda müharibə illərində öz qəbuledicisini təhvil verməyən yeganə insan idi. Onun evində inqilabdan əvvəlki nəhəng palıd şkaf var idi. O, qəbuledicini gizlədib bura lampa quraşdırıb keçirmişdi və gecələr caza qulaq asırdı... Bizlər, cazla maraqlananlar kifayət qədər risk edirdik. Çünki caz qadağalar altında idl. "Bu gün caz ifa etsən, sabah da vətəni satarsan". Təbii ki, biz çox ehtiyatlı idik və çalışırdıq ki, öz içimizə heç kimi buraxmayaq".
“Tofiqin qeyd etdiyi kimi risk və ehtiyat vacib imiş. Belə ki, Pərviz Rüstəmbəyov bir qədər sonra repressiya olunur və cazsevərlərin dost kampaniyasına bir çekist salınır. Və o adamın kimliyi Tofiqə yalnız otuz ildən sonra məlum olur. 80-ci illərdə Moskvada Tofiqlə artıq DTK polkovniki rütbəsində görüşən həmin adam etiraf edir ki, hər halda o, heç kimi satmayıb. Amma əvəzində özü də cazın qızğın pərəstişkarına çevrilib və indi o, caz musiqilərindən ibarət sanballı kolleksiyaya malikdir”,- Anar T.Mirəzyev haqqında yazıb.
Yazıçının bildirdiyinə görə, Tofiq Mirzəyevin bir vaxtlar "Qaya" vokal qrupunun hardasa xaç atası olması tamamilə təbii idi.
“Kvartetin bədii rəhbəri Tofiqin kiçik qardaşı Teymur oldu, amma onların baş məsləhətçisi, bir rejissor kimi onları televiziyaya çəkən Tofiq idi. Tofiq Müslüm Maqomayev və "Qaya" kvarteti ilə birlikdə keçmiş Sovetlər İttifaqının şəhərlərində qastrol səfərlərində olub, "Qaya" ilə birlikdə hətta Afrika ölkələrinə də gedib çıxıb. Qastrollar zamanı ağ ciyəri fəsadlar verdi və o, klarnetlə vidalaşmalı oldu”.
Tofiq Mirzəyev daha sonra musiqidən ayrılmadan musiqili filmlər rejissoru olmaq üçün Moskva gedib. O, Bakıya döndükdən sonra televiziyada işləməyə başlayıb, portret filmlər çəkib, bəstəkar Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırlayıb.
Anarın Tofir Mirəzyev haqqında danışdırları:
“Kinematoqraf da hollivud bənizli bu yaraşıqlı kişidən yan keçə bilməzdi. Amma bununla belə, doğrusu, ona bir qədər gec diqqət etdilər. Tofiqi ilk dəfə kinoya Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Uşaqlığın son gecəsi" filmiylə Arif Babayev gətirdi. Tofiq danışırdı ki, kinostudiyanın Bədii Şurasının filmə baxışından sonra o, həyəcanlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Ədil İsgəndərov onu kabinetinə çağırır.
"Hə, indii deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz". Tofiq belə düşünürmüş. Ədil İsgəndərov isə cəmi bircə kəlmə deyib: “Sən çəkiləcəksən".
Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilib, özü də təkcə "Azərbaycanfilm"də yox, (əlbəttə, əsasən orada), həm də "Mosfilm"də, Dovjenko adına kinostudiyada.
"Mosfilm"də o, tanınmış rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı "Cinahsız cəbhə" filmində çəkilib. Bu filmdə o, döyüş zabiti Əliyev roluyla öz yaxın dostu memar Rasim Əliyevin atası, müharibə iştirakçısı, akademik Həsən Əliyevin obrazını canlandırıb. Bakıda Arif Babayevlə yanaşı, Həsən Seyidbəyli, Rasim Ocağov, Tofiq İsmayılov da ona öz filmlərində rol veriblər. Üzeyir Hacıbəyovdan bəhs edən filmdə mən də onu çəkmişəm. Aparıcı rolunda.
Belə görürəm, Tofiqlə mənim dost, kino sahəsində həmkar olmaqdan əlavə, həm də qohum olmağımı deməyin vaxtı çatdı. Tofiq mənim həyat yoldaşım Zemfiranın böyük bacısı Elmira Səfərovanın əridir.
Tez-tez bizdə, ya Tofiqlə Elmiranın evində, Səfərovların Mərdəkandakı bağında görüşüb uzun illər can bir qəlbdə yaşamışıq, dəfələrlə birlikdə Azərbaycanın rayonlarına, Şəkiyə, Şuşaya, Gəncəyə səfər etmişik. Qışda Göygölün qarlı sahilində kabab bişirmək üçün nə qədər eləsək də, ocaq qalaya bilmədik. Axırda kömək üçün meşəbəyiyə müraciət etməli olduq.
"Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları" filmində Tofiqlə işləmək mənə rahat və xoş idi. Bir musiqiçi kimi o, filmin musiqi tutumunu dərindən hiss edirdi, bir rejissor kimi də ona hansısa tapşırığı verməyə ehtiyac yox idi. O, necə lazımdısa, elə də oynayırdı.
Tofiq ünsiyyətdə də çox maraqlı insandı. O, öz zəngin həyatında baş verən hadisələrdən, ən müxtəlif insanlarla görüşlərindən saatlarla danışa bilər. Yadımdadı, bir dəfə bizim mənzildə təxminən günorta ikidən başlanan söhbətimiz gecə ikiyəcən çəkdi. Özü də danışan elə əsas Tofiq idi”.
Yazıçı Anarın bildirdiyinə görə, həyat yoldaşı Elmira Səfərovanın ölümü Tofiq Mirəzyevə dəhşətli sarsıntı yaşadıb.
“Həyat yoldaşının vəfatından sonra Tofiq, şərait elə gətirdi ki, İsraildə məskunlaşmalı oldu (onun mərhum anası Bellə İlyinşina yəhudiydi). Amma Bakı - dünyaya gəldiyi, işlədiyi, məhəbbətini, dostlarını tapdığı bu şəhər onu həmişə özünə çəkir”.
Tofiq Mirzəyev hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğuldur. Oğlu Teymur isə Avropada yaşayır.
Aktyor İsraildə fəaliyyət göstərən Haifa-Bakı cəmiyyətinin üzvüdür.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-06-2020, 22:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-06-2020, 22:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29