“Məni əxlaqsız kimi təqdim etmək istəyir, bu artıq şərəfsizlikdir…”
Neftçala rayonu Xolqaraqaşlı kənd bələdiyyəsində gərginlik yaranıb. Bələdiyyə üzvü Vəfa Nağı deyir ki, qurumun sədri Əlibala Səlimov onun həm üzvlükdən, həm də ümumiyyətlə kənddən çıxartdırmaq istəyir. Yenisabah.az baş verənlərlə bağlı Vəfa Nağı ilə söhbətləşib.
- Təmsil olunduğunuz Xolqaraqaşlı kənd bələdiyyəsinin sədri Əlibala Səlimovla aranızdakı münaqişənin kökündə nə dayanır?
- Mən bələdiyyə üzvü olaraq seçicilərimin haqqını qorumağa çalışıram. Qeyri-qanuni əməllərə qarşı çıxmağa çalışıram. Axı mən bələdiyyə üzvüyəmsə, seçicilər mənə etimad göstərib səs veribsə, hansısa qeyri-qanuni əmələ necə susa bilərəm?! Xolqaraqaşlı kənd bələdiyyəsinin tərkibi sədr də daxil 9 nəfərdən ibarətdir. Digərləri qanunsuzluqlara susur. Çünki saxta yollarla seçiliblər. Mən isə seçicilərimin səsi ilə bura seçilmişəm. İndi də borcumdur ki, onların hüquqlarını qoruyum. Bu isə bələdiyyə sədrinin xoşuna gəlmir.
- Bələdiyyənin büdcəsi ilə bağlı hesabat tələb etmisiniz. Sizdə büdcənin səmərəsiz xərclənməsi, yaxud hər hansı korrupsiya əməliyyatı ilə bağlı konkret faktlar varmı?
- Bəli. Mən sədrdən bələdiyyənin büdcəsilə bağlı hesabat tələb etmişəm. Bu həm vətəndaş, həm də bələdiyyə üzvü kimi mənim haqqımdır. Hər bir vətəndaşın, yaxud bələdiyyə üzvünün bunu tələb etməsi Konstitusiya ilə təsbit olunub. Yəni, fundamental hüquq hesab edilir. Amma bu hüququmu pozurlar. Hesabat vermirlər. Çünki yeyinti var, saxtakarlıqlar var, əlaltından satılan torpaqlar var və s. Bütün bunları ört-basdır etmək üçün bələdiyyənin büdcəsinin xərcləri gizlədilir. Hesabat verilmir.
- Bələdiyyə sədri sizin çimərlik geyimindəki fotolarınızı rayon ərazisində yayıb. Bununla bağlı harasa müraciət etmisinizmi və bir nəticə olubmu?
- Hər kəsin özəl həyatı var. Hər kəs çimərliyə gedə bilər, kafedə, restoranda otura, əylənə bilər. Biz bilmirik ki, Əlibala Səlimov necə əylənir. Heç bilmək də istəmirik, bu, bizi maraqlandırmır. Bizi maraqlandıran onun bələdiyyə sədri kimi fəaliyyətidir. O isə bələdiyyə üzvü fəaliyyətimdən narahat olaraq çimərlik paltarında fotolarımı yayıb, məni əxlaqsız kimi təqdim etmək istəyir. Bu artıq şərəfsizlikdir. Odur ki, bu əməlinə görə cəzalandırılmalıdır. Bu adam istəyir ki, barəmdə mənfi rəy yaratmaqla məni kənddən çıxartdırsın. Mən baş verənlərlər bağlı DİN-nin “102 xidməti”nə zəng vurmuşam. Deyirlər məsələ araşdırlır. Amma mən buna da şübhə ilə yanaşıram.
- Məhkəməyə müraciət etmək niyyətiniz varmı?
- Əslində bu gün məhkəməyə müraciət edəcəkdim. Əgər vaxtım çatsa müraciət edəcəm. Bu gün alınmasa, sabah. Mütləq bu işin qanun çərçivəsində araşdırılmasını və Əlibala Səlimovun cəzalandırılmasını tələb edəcəm.
- Ailə üzvlərinizə də təzyiqlər varmı?
- Qardaşımı heç bir səbəb olmadan cərimə etmişdilər və demişdilər ki, cərimə ödənilməsə, həbs olunacaqsan. Artıq məhkəmə də təyin olunub. Mən bunu öz fəaliyyətmlə əlaqələndirirəm. Çünki qardaşıma da belə deyiblər. Bu olay mənim sosial şəbəkələrdə Xolqaraqaşlı kənd bələdiyyəsi barədə yazdıqlarımdan sonra baş verib.
- Bu gün aksiya keçirmək istədiniz, lakin qarşısı alındı. Bundan sonra hansı addımları atacaqsınız?
- Bu gün keçirdiyim aksiya təkcə özümlə bağlı deyildi. Bu həm də kənd sakinləri ilə bağlı idi. İstəyirdim ki, onların problemlərinə diqqət ayrılsın. Rayonlarda məmurlar kənd sakinlərini çağıraraq dinləyib yola verirlər. Ona görə də problemlər həllini tapmır. Əksinə, daha da artır və insanlar acınacaqlı vəziyyətə düşürlər.
Bundan sonrakı addımlarıma gəlincə, bələdiyyə sədri imzatopalama kampaniyası keçirib məni kənddən çıxartdırmaq istəyir. Konkret olaraq məni hədəfə alıb. Deyib ki, biçindən sonra məni də ondan şikayət edən kənd sakinlərini də həbs etdirəcək. Yəqin ki, biçindən sonra pulu çox olacaq və kimlərəsə verib bizi həbs etdirəcək. Gözləyək görək nə olacaq.
Amma onu da deyim ki, mən istənilən halda geri çəkilən deyiləm. Bir bələdiyyə üzvü kimi seçicilərimin problemlərinin həllində israr edəcəyəm.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2020, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-06-2020, 16:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39