Koronavirus Allahın insanlar üçün imtahanıdır, Quranda da var - Hacı Şahin
İslamın şərtlərinə daxil olan 5 vacib əməldən biri də Həcc ziyarətidir. Belə ki, maddi vəziyyəti və səhhəti yerində olan möminlər ömründə heç olmasa bir dəfə Kəbəni ziyarət etməlidir.
Lakin Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il xaricdən ziyarətçi qəbul olunmayacağını, yalnız krallığın ərazisində olan müsəlmanların Məkkə və Mədinəni ziyarət edə biləcəklərini bildirib.
Buna görə də 2020-ci ildə yüz minlərlə zəvvarın Həcci ziyarət etmək arzusu ürəyində qalacaq.
Tarixə nəzər salsaq demək olar ki, Həcc ziyarəti çox az hallarda dünya müsəlmanlarına qapalı olub. Hansısa uzaq illərdə təbii fəlakətlər səbəbindən ziyarət təxirə salınıb və növbəti il üçün müsəlmanlar bu əməli icra etməli olublar.
Bəzi din adamları bu il dünyada yayılmış koronavirus pandemiyasının Allahın insanlara qəzəbi olduğunu və Həcc ziyarətinin də bu səbəbdən qapadıldığını iddia edir.
Doğrudanmı Həcc ziyarətinin ləğvi Tanrının qəzəbidir? Bu vacib əməli cari il üçün başqa əməllə əvəz etmək olar?
Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin də pandemiyanın Allah tərəfindən insanlar üçün göndərilən sınaq olduğunu deyib:
“Koronavirusun yayılması təbii yolladır, amma bu, heç də hadisənin mənəvi tərəfini inkar etmir. İnsanların bəzən Allahı unutması səbəbindən təbii fəlakətin olması normaldır. Quranda da bu haqda ayələr var. Bu hadisələri imtahan kimi dəyərləndirmək olar. Yəni təbii fəlakət olan koronavirus pandemiyası Allahı xatırlatmaq üçün də ola bilər. Pandemiya şərait yaratdı ki, insanlar həyatlarını təkrar nəzərdən keçirsinlər. Bəşəriyyət gəldiyi yolu təftiş etməlidir. Yəni öz inkişafı ilə öyünən, fəxr edən bəşəriyyətin bir virusun əlində aciz qalması onu göstərir ki, dəyərlərə yenidən baxmaq lazımdır. Allahın da xəstəliklər vasitəsi ilə insanları imtahan etməsi, mesaj göndərməsi normaldır. Amma onu da deyim ki, bəziləri bu haldan istifadə edib sensasiyalı məlumatlar yayır ki, dünyanın axırı gəldi və s. Belə şeyin heç bir elmi, dini əsası yoxdur. Sadəcə, yaşadığımız durumdan dərs almalıyıq”.
İlahiyyatçı “Həcc ziyarətini heç nə ilə əvəz etmək olmaz”,- deyə bildirib:
“Həcc ziyarəti müsəlmanlar üçün vacib buyrulub. İmkanı olan insanlar ömründə bir dəfə bu ziyarəti həyata keçirilməlidir. Hazırda pandemiya olduğu üçün Həcc ziyarətini yerinə yetirmək olmaz. Çünki Quranda da buyrulub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın, əgər Həcc ziyarəti yolunda təhlükə varsa, müsəlman bu ziyarətə geməməlidir. Bu il də vəziyyət nəzərə alınaraq, xaricdən gələn zəvvarlar üçün ziyarət təxirə salındı. Bu halı insanlar anlayışla qəbul etməlidir. Ziyarət vacibdir, amma sağlamlıq da vacibdir. İmkanı olan şəxslərin boynunda bu vacib əməl qalır və növbəti illərdə ziyarət icra edilməlidir. Yəni ziyarəti yerinə yetirməmiş şəxslər xeyirxah işlər görə bilər, amma bu əməli heç nə əvəz etməz. O ki qaldı Həcc ziyarətinə 2 və 3-cü dəfə getmək istəyən insanlara, onlar xərcləyəcəyi vəsaiti cəmiyyət üçün faydalı olacaq işlərə ayıra bilərlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-06-2020, 13:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-06-2020, 13:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09