Bu əlamətlər yaransa, koronavirusa görə yoxlanmaq vacibdir-Baş infeksionistdən XƏBƏRDARLIQ
"Koronavirusa yoluxan insanda əlamətlər bir neçə gün əvvəldən özünü göstərir, sadəcə olaraq, insanlar əhəmiyyət vermir".
Bunu Lent.az -a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib: "İnsan virusa yoluxur, amma gözləyir ki, ortaya çıxan əlamətlər bir neçə günə keçər. Daha sonra xəstəxanaya gələndə ağırlaşma baş verir. Ağırlaşma da hamıda baş vermir. Yanaşı gedən xəstəliyi, müəyyən patalogiyası olan insanlarda bunlar baş verə bilir".
Həkim bildirib ki, hərarət, boğazda ağrılar, öskürək, zəiflik, halsızlıq, sümük-əzələ ağrıları, iştahsızlıq, qusma və ishalın meydana çıxması kimi əlamətlər, xüsusilə temperatur fonunda ortaya çıxırsa, koronavirusa görə yoxlanmaq vacib şərtdir.
C.İsayevin sözlərinə görə, virusun ciyərlərə mənfi təsir etməsi fərdi xüsusiyyətlərdən asılıdır: "Ola bilər ki, kimdəsə bir həftəyə, başqa birində iki həftəyə özünü göstərir".
İnfeksionist zoğal mürəbbəsi, kəklikotu, zəncəfilli çaydan istifadənin koronaviruslu xəstələrə faydalı olduğunu, lakin ağır xəstələrin mütləq xəstəxana şəraitində müalicə olunmasının vacibliyini qeyd edib: "Evdə müalicəsinə qərar verilən xəstələr də mütləq həkim nəzarəti altında olmalıdır".
Baş infeksionist koronavirusa görə edilən test cavablarının gec çıxması məsələsinə də münasibət bildirib: "Əvvələr testlərin cavabı gec çıxsa da, son vaxtlar müəyyən qədər irəliləyiş var. Götürülən analizlərin nəticəsi bir-iki günə məlum olur və SMS-lə xəbər göndərilir.
Koronavirus başlayandan müzakirə olunurdu ki, yüngül xəstələr evdə özlərini karantin rejimində saxlasınlar evi tərk etməsinlər. Həm özlərini, həm də digər insanları qorusunlar. Bununla bağlı hələ ki, qərar verilməyib".
Paylaş:
Müəllif : Fuad
Tarix:28-06-2020, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-06-2020, 16:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39