reklam
Regionxeberlericom.az » Araşdırma » Nəsiminin məzarı Azərbaycana gətirilir? - nazir açıqladı

reklam

Nəsiminin məzarı Azərbaycana gətirilir? - nazir açıqladı


"Nəsiminin məzarı Suriyada, çox dəhşətli müharibələrin aparıldığı Hələb şəhərində yerləşir. O yer tək biz tərəfdən deyil, yerli sakinlər tərəfindən də bir müqəddəs yer kimi qəbul olunur".

 regionxeberlericom.az publika.az-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev M.F.Axundzadə adına Milli Kitabxanada dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında Azərbaycan şairi İmadəddin Nəsiminin İraqın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilməsi təklifinə cavabında deyib:

"O məzara mütəmadi olaraq ziyarətçilər, xüsusilə sufi təriqətinin tanınmış nümayəndələri baş çəkir. Biz hətta o məzarın yenidən qurulması, orada Azərbaycanla bağlı mədəniyyət mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparmışdıq. Bu istiqamətdə razılıq və irəliləyiş əldə etmişdik. Əfsuslar olsun ki, sonrakı siyasi toqquşmalar və müharibə onun reallaşmasına imkan vermədi. Hesab edirəm ki, vaxt gələcək və biz bununla bağlı hədəflərimizi gerçəkləşdirə biləcəyik".

Nazir bildirib ki, Nəsiminin varisləri ilə daimi ünsiyyətdədirlər və onlar Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən festivallarda iştirak edirlər: "Hesab edirəm ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi məsələsi gec-tez gündəlikdə olacaq".


Paylaş:


Müəllif : Tarix:
5-03-2019, 17:46
Sikayət   


loading...
Загрузка...