Məzahir Pənahovun oğlu 4 il Türkiyədə nə edib?
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Araz Pənahov 26 yaşında ikən Bakıda şirkət sahibi, 2 il sonra isə İstanbulda rabitə, elektrik və s. təyinatlı kabellər üçün polad və izolyasiya edilmiş polad spiral, onların aksessuarlarının, eləcə də elektrik sistemləri üçün köməkçi malların istehsalı ilə məşğul olan şirkətin ("Radelsan Elektrik Sanayi ve Ticaret Limited”) əsas payçısı idi.
MSK sədrinin kiçik oğlu Araz Pənahov "TAP” MMC-ni 2011-ci ilin fevralında təsis edib və hazırda onun direktorudur.
Şirkət akademik Şamil Əzizbəyov küçəsində 157 nömrəli evdəki qeyri-yaşayış sahəsində qeydiyyatdan keçib.
Məlumatlara görə, burada ərzaq malları mağazası yerləşir. Şirkətin fəaliyyəti barədə açıq istifadədə olan hər hansı məlumat yoxdur. Məlum olan budur ki, şirkətin 10 iyul 2020-ci il tarixinə dövlət büdcəsinə vergilər üzrə 4937 manat ödənilməyən borcu var.
Maraqlıdır ki, həmin binada (Ak. Şamil Əzizbəyov küç., 157) MSK sədrinin müavini Rövzət Qasımovun direktor olduğu "Ecores İnternational” şirkəti də var və Məzahir Pənahovun böyük oğlu Məhəmməd onun hüquqşünasıdır. "TAP” MMC ilə hüquqi ünvanı eyni olan "İntel-F” MMC 2008-ci ildə yaradılıb.
Onun rəsmi təsisçisi Faiq Balaxan oğlu Əliyevdir.
"Radelsan Elektrik Sanayi ve Ticaret Limited” şirkətinə //www.radelsan.com.tr gəlincə, Araz Pənahov onun səhmlərinin 75%-ni 2013-cü ilin aprelində Sabahattin Karğından alıb.
Şirkət 2011-ci ildə yaradılıb, Eyüpsultanda köhnə məhəllənin ərazisində (Emniyyettepe mahallesi 2, Çinar sokak,10) darısqal, dam örtüyü qəzalı vəziyyətdə olan istehsal sahəsində yerləşir.
Bir il sonra ortaqlar şirkətin kapitalını 100 mindən 350 min lirəyə qaldırıblar. Kapitalın bir hissəsi şirkətin mənfəəti hesabına artırılıb. 2017-ci ilin avqustunda Araz şirkətdəki payının hamısını S. Karğına satıb və ortaqlıqdan ayrılıb.
Onların şirkətdəki səhmləri neçəyə alıb-satmağa razılılaşdığına dair notarial məlumatlar açıq deyil. Araz Pənahovun Türkiyənin sənaye müəssisəsinin səhmlərini hansı vəsait hesabına aldığı barədə də bilgimiz yoxdur.
Maraqlıdır ki, Araz Pənahovun İstanbulda iki vergi ödəyicisi nömrəsi olub. Onlardan biri indi də fəaldır. Başqa sözlə, ehtimal etmək olar ki, MSK sədrinin oğlu Türkiyənin iş dünyasını hələ tərk etməyib.
“HUNER GROUP”DAN MÖHTƏŞƏM FÜRSƏT
Paylaş:
Müəllif : Fuad
Tarix:12-07-2020, 13:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-07-2020, 13:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39