"Mənə də, Qod Nisanova da basqı etmək istəyəcəklər, amma..." - İlham Rəhimov danışdı
RegionXəbərləri.com jurnalist Aygün Muradxanlının hüquq professoru İlham Rəhimovla müsahibəsini təqdim edir:
- Professor, ötən gün sahibi olduğunuz Moskvadakı Food City-yə Ermənistanın Moskva böyükelçiliyi əməkdaşlarının gəlişində çəkilən videogörüntülər Azərbaycanda böyük rezonans doğurub. Ermənilər hansı xahişlə gəlmişdilər?
- Biz onları dinləmədən dərhal ərazimizdən çıxardıq. Food City rəhbəri olaraq hesab etdik ki, ermənilərin orada olması məqsədəuyğun deyil. Başqa qərarımız ola bilməzdi. Ermənistan bizim Vətənimizi atəş altında saxlamağa cəhd edirsə, nə erməni iş adamının, nə diplomatının ayağı bizim obyektdə olmayacaq. Haqq etdikləri münasibəti gördülər, çıxıb getdilər.
- Ermənilər kütləvi şəkildə Rusiya və Moskva rəhbərliyinə bu məsələdə onlara yardım etmələri üçün müraciət edirlər. Rusiya rəsmiləri qərarınızı dəyişmək üçün sizin əlaqə saxlayıbmı?
- Zənglər olub, demişik, siz bu işə qarışmayın. Bir kəlmə... Başqa heç bir müzakirə ola bilməz. Mənə yumşaq formada çox zənglər gəldi və gəlməkdə davam edir. Aydındır ki, mənə də, Qod Nisanova da şikayətlər, basqılar etmək istəyəcəklər. Amma bizim mövqeyimiz ortadadır. Bu dəyişməz mövqedir, biz geri çəkilən deyilik.
- Təxmini hesablamalar varmı – Food City-nin bu addımı erməni iş adamlarına günlük nə qədər ziyan vurub? Topdansatış bazarına günlük 500-600 yük maşının gəldiyi dəqiq rəqəmdirmi?
- Miqyas deyilənlərdən qat-qat böyükdür. 150 hektarda yerləşən obyektə Ermənistandan hər gün yüz minlərlə ton məhsul gəlirdi. Hər kəs bilir ki, Rusiya Ermənistanın əsas bazarıdır. Ermənistan sərhəddini keçən məhsulların əsas hissəsi topdansatış üçün Food City-yə gətirilirdi. İndi hamısı zibilliyə gedir. Dəqiq hesablama olmasa da ziyan yüz milyonlarladır. Mən günlük rəqəmləri nəzərdə tuturam. Hər halda miqyas kiçik olsaydı, Ermənistan səfirliyi qaçaraq bizə elçi göndərməzdi.
- Səfirlik çalışanları jurnalistlərlə gəlmişdi. Rusiya mediası bu məsələyə toxundumu?
- Çəkilişə də imkan vermədik. Mediada, ictimai fikirdə nələrin deyilməsindən asılı olmayaraq bu qərara yaxın zamanlarda yenidən baxılması gözlənilmir. Prosesi Ermənistan başladıb. Elə hər mənada... Bu da bizim cavabımızdır.
- Professor, Food City-nin qərarına Rusiyada azərbaycanlıların digər topdansatış məntəqələrindən dəstək gəlibmi? Artıq regionlarda da belə bir proses başladığı deyilir.
- Eşitmişəm ki, Rusiya üzrə azərbaycanlılar bir çox topdansatış məntəqəsində belə qərarlar veriblər – hətta qeyri-ermənilər də Ermənistan məhsullarını bazarlara gətirəndə satış icazəsi ala bilmirlər. Bəyənirəm... Doğru addımdır. Belə də olmalıdır.
- Professor, çoxları hərbi əməliyyatla başlayandan sonra Tovuza gələcəyinizi düşünürdü. Belə bir planınız varmı?
- Bir müddətdir Azərbaycanda deyiləm. Ancaq bir gözüm Azərbaycanda, xüsusən Tovuzdadır... Açığı, hərbi əməliyyatlar başlayan kimi ölkəyə gəlmək qərarı verdim. Bilirsiniz ki, COVİD-19-a görə gediş-gəliş şərtləri dəyişib. Ölkə dəyişməzdən 48 saat öncə koronavirus testindən keçmək gərəkdir. Hətta test də verdim. Sonra döyüş bölgəsində nisbətən sakitlik yarandığından öncədən planladığım işlərimi tamamlamaq qərarına gəldim. Bakıda olsaydım, heç şübhəsiz, indi Tovuzdaydım. Gündə bir neçə dəfə Bakı ilə, Tovuzla əlaqə saxlayıram. Bilirsiz ki, Tovuz mənim kiçik Vətənimdir, orada doğmalarım, əzizlərim orada yaşayır. Pandemiya başlayandan diqqətimizi bir qədər də artırmışıq, xəstələr üçün 10 ədəd müasir ambulans alıb Səhiyyə Nazirliyinə hədiyyə etmişik. Hərbi əməliyyatlar başlanandan bütün diqqətimiz elimizdə, obamızdadır. Savaş qızışsa, heç şübhəsiz biz də orada olacağıq.
- Demək, siz bunu istisna etmirsiniz?
- Təbii ki, yox. Azərbaycanın əraziləri işğal olunub. Biz hərbi əməliyyatlara cəlb olunmuşuq, itki vermişik, sərhəddə hər gün gərginlik yaşanır. Demək, heç nə istisna deyil.
- Sizcə niyə, Ermənistan məhz Tovuzdan hücuma keçdi?
- Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyaların xronikasına baxsaq görərik ki, atəşkəs dönəmində Ermənistan-Azərbaycan sərhəddində atəşkəs çox tez-tez pozulur. Yəni, hücumlar yalnız Qarabağdakı təmas xəttində baş vermir. Tovuz olmasa, Qazax, Ağstafa, Gədəbəy əraziləri də ola bilərdi.
- Hərbi ekspertlər deyir ki, Qara Qaya yüksəkliyinin ələ keçirilməsi Gəncəyə qədər Ermənistan Silahlı Qüvvələrinə Gəncəyə qədər olan ərazilərimizi atəş altında saxlamaq imkanı qazandıra bilər. Bu o demək deyilmi ki, Ermənistanın yeni işğal planları var?
- Biz düşmənlə üz-üzəyik. Hər an təxribat da ola bilər, hər an genişmiqyaslı döyüş əməliyyatları da başlaya bilər. Əgər bunu hərbi ekspertlər deyirsə, biz bununla razılaşmaya bilmərik. Hərbi məqsəd təbii ki, var. Bildiyim qədərilə Azərbaycan Ordusu Qaraqaya yüksəkliyində möhkəmlənib. Ordumuz böyük şücaət göstərdi. Şəhid olanların hər birinin ailəsinə başsağlığı verirəm. İtkilərimiz böyükdür. Azərbaycan Ordusu generalını itirib. Bu, Azərbaycanın müstəqilliyi dönəminin hərb tarixində ilk hadisədir. Biz indiyə qədər yalnız II Dünya Savaşında general Həzi Aslanov cəbhədə itirmişik. Allah hamısına rəhmət eləsin. Bir ölkənin döyüşən general yetişdirməsi sıradan məsələ deyil. Bu hüquq-mühafizə orqanları generalı məsələsilə eyniləşdirilməməlidir. Belə itkilərin yeri gec dolur. Yaralılarımız da var. Onların hamısına şəfa arzulayıram.
- Professor, sizin proqnozlarınız necədir – hərbi əməliyyatlar Qarabağa keçə bilərmi?
- İndi şərtlər elədir ki, heç nə istisna deyil. Xalq öz sözünü dedi. Bakıda keçirilən yürüşü izlədim. Bu, Azərbaycan xalqının Qarabağ məsələsini bir an da unutmamasının, Vətən, torpaq məsələsindən həssaslığının göstəricisidir. Bunu başqa cür qiymətləndirmək olmaz. Səfərbərlik idarələrinin qarşısındakı qələbəlikdən də xəbərdaram. Azərbaycan vətəndaşı sübut edir ki, Vətən darda olanda bir bir yumruq kimi birləşə bilirik. Bu gün hər bir azərbaycanlı öz sahəsində attığı addımlarda Qarabağın işğaldan azad olunmasını, Azərbaycanın ərazi bötüvlüyünün bərpasını hədəf kimi qoymalıdır. Azərbaycanlılar birlik olub Ermənistana həm iqtisadi, həm hərbi, həm diplomatik gücünü göstərməlidir.
- Professor, bir neçə ölkə Azərbaycana Ermənistanın təcavüzkar addımı ilə bağlı açıq dəstək verdi. Bu məsələdə qardaş Türkiyənin siyasi və hərbi dəstəyini xüsusi vurğulamamaq təbii, mümkün deyil. Rusiyanın Ermənistanla hərbi müttəfiqliyini əsas gətirən bəzi analitiklər hesab edir ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinə real dəstək versə, Azərbaycan ərazisində faktiki Rusiya-Türkiyə savaşı başlayacaq. Sizin baxışınız necədir?
- Türkiyədən başqa bir mövqe gözləmirdim. Qardaş ölkə sözün əsl mənasında qardaş kimi davranır. Səsləndirdiyiniz proqnozlara gəlincə, mən fərqli düşünürəm. İndi bölgədə geniş, bir neçə ölkənin ordusunun cəlb edildiyi hərbi əməliyyatların baş verəcəyi real deyil. Nə Rusiya, nə Türkiyə indi belə bir addımı atmaz. Belə bir savaşa girmək nə Rusiyaya, nə də Türkiyəyə gərəkdir.
- Rusiyada azərbaycanlıların qətiyyətli mövqeyi ölkənin güclü diaspora nə qədər ehtiyacı olduğunu bir daha sübut etdi. Ötən gün Böyük Britaniya paytaxtında azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında aksiya keçirib. Necə düşünürsüz, bu diasporların təşkilatlanması məsələsinə təkan verə bilərmi?
- Heç şübhəsiz. Güclü diaspor ölkəyə böyük dəstəkdir. Bugünlər bu, bir daha sübut olundu. Ölkədən kənarda olan azərbaycanlılar Ermənistana çox ciddi iqtisadi zərbə vurdular. O da sübut olundu ki, birləşmək, millət kimi ortaq mövqe sərgiləmək sifarişlə baş vermir. Nə zaman ki, millətin damarına basılır, o zaman birlik öz-özünə yaranır. Rusiyada çox sayda diaspor qurumlarımız var. Bəzilərinin rəhbərləri bir-birini görəndə bəlkə heç salam da vermir. Ancaq bu gün hər kəs ortaq mövqedən çıxış edir. Bunun adı milli birlikdir. Ermənilər Qərb bölgəsinə hücum etməklə bir daha niyyətlərini ortaya qoydular ki, onların hədəfi yalnız Qarabağ deyil, onlar yeni Azərbaycandan torpaq qoparmaq istəyir. Qarabağ tamamilə fərqli hərbi, iqtisadi, beynəlxaq şərtlər altında işğal olunub. Ermənistan bu işğala illərlə hazırlaşıb – ideolojisini yaradıb, diasporunu qurub, beynəlxalq dəstək alıb, hərbi dəstək qazana bilib. Ən əsası, milləti bu işğala hazırlayıb. İndi Azərbaycan güclənir. İndi biz millət kimi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə hazırlaşırıq. Güclənirik, böyüyürük. Düşünürəm ki, bu birliyimizi pozmaq, bizi hədəflərimizdən yayındırmaq artıq mümkün olacaq məsələ deyil. Atatürkün sözləri ilə desək, mövzu Vətən olanda, qalan hər şey təfərrüatdır.
Aygün Muradxanlı
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2020, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-07-2020, 17:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16