AFB Bank ASC 2020-ci ilin ilk 6 ayın təhlili - Bankın gəlirləri 92% artmışdır.
AFB Bank ASC cumhuriyyət.az saytında yayımlanan məqalədə əks olunan məlumatlar münasibət birdirərək birmənalı şəkildə təkzib edir.
2019-cu ilin eyni dövrü ilə müqaisədə Bankın cəmi aktivləri 35% (149.716.000 manat ) artaraq 573.389.000 manat olmuşdur. Bankın xalis mənfəəti isə ötən illin eyni dövrü ilə müqaisədə 92% artaraq 2.578.000 manat olmuşdur. AFB Bank ASC-nin cəmi kredit portfeli ötən ilin eyni dövrü ilə müqaisədə 75% yüksəlmiş və 439.014.000 manat olmuşdur. AFB Bank ASC-nin real biznesə investisyalar ayırmasına başqa bir nümunə korporativ istiqamət üzrə kredit portfelinin ötən ilin eyni dövrü ilə müqaisədə 92% artmasıdır. Belə ki, Bankımız 2020-ci ilin ilk 6 ayında Bankımızın korporativ istiqamətdə kreditləri 361.952.000 manat təşkil etmişdir. Bankımız istehlak kreditləşməsini də diqqətdən kənarda saxlamamışdır belə ki, 2020-ci ilin ilk 6 ayında istehlak kreditləri bakımızın ümumi kredit portfelində 5%-ni təşkil etməkdədir. Digər kredit məhsulları isə 2019-cı ilin ilk 6 ayı ilə müqaisədə 48% artmaqla 56.546.000 manat təşkil etmişdir.
Əlavə olaraq təqdim olunan yazıda əvvəlki illərin maliyyə göstəriciləri nəzərə alınaraq hazırlanmışdır ki, bu hissədə yanlışlıqlara yol verilmişdir. Misal üçün, 2018-ci ilin 2-ci rübündə problemli kreditlərin məbləği isə 111 milyon 933,18 min manat və problemli kreditlərin xüsusi çəkisinin 49,8%-ə yüksəlməsi ilə əlaqədar təqdim edilən məlumat tamamilə yanlışdır. Həmin dövrdə problemli kreditlərin həcmi 81 milyon manat və xüsusi çəkisi isə 36% olmuşdur. Qeyd edək ki, eyni göstərici 2020-ci ilin ilk 6 ayı üçün hazırda 11% təşkil etməkdədir.
Yuxarıda göstərilən məlumatları nəzərə alaraq Bankımızın kapitalının tələbə cavab verməməsi və iflasa doğru getməsi mövzusunda yayımlanan məlumatları birmənalı olaraq təkzib edirik.
Bank ötən il ərzində bir neçə korporativ sosial məsuliyyət layihələrində də yaxından iştirak etmişdir. Onlardan ən sonuncu olanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkili təşəbbüsünə ölkənin aparıcı banklarından biri kimi “AFB Bank” ASC də qoşulmuşdur. Bank tərəfindən proqrama qoşulan, Bakı şəhərində yaşayan, həssas əhali qrupuna aid vətəndaşlara kiçik biznesin qurulması üçün əvəzsiz olaraq aktivlər təqdim edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən AFB Bank ilin sonunadək fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcəkdir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2020, 23:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-07-2020, 23:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39