"Rüşvətxor məmurlar ölkəni talan ediblər" – Hafiz Hacıyev OD PÜSKÜRDÜ
Xəbər verdiyimiz kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir.
Məsələ ilə bağlı Sonxeber.az-a Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev açıqlama verib.
Hafiz Hacıyev açıqlamasında söyləyib ki, tarixi abidələrə zərər vurmaq qətiyyən yolverilməzdir:
“Bu insanlar puldan ötrü dədələrinin qəbrlərini də satmağa hazırdırlar. Tarixi abidələrə zərər vuranlar Azərbaycan xalqının keçmişini unutdurmaq istəyirlər. Görünür ki, kimlərsə Azərbaycan xalqının keçmişini silmək, unutdurmaq istəyir. Ona görə də bu kimi yollara əl atırlar. Ancaq böyük səhvə yol verirlər. Bizim tarixi abidlərimiz, milli adət-ənənələrimiz, keçmişimiz qorunub saxlanılmalıdır. Əgər qoruya bilməsək, gələcək nəsillər tariximiz haqda heç nəyi bilməyəcəklər”.
Hafiz Hacıyevin sözlərinə görə, Eldar Əzizov bu məsələyə reaksiya verməlidir:
“Mənim qardaşım İlham Əliyevin bu məsələdən xəbəri yoxdur. Qardaşımın xəbəri olarsa, dərhal reaksiya verəcək. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bu məsələdə diqqətçil olmalı və dərhal reaksiya verməlidir. Korrupsioner və rüşvətxor məmurlar ölkəni dağıdıb talan ediblər, onsuzda bir şey qalmayıb. Artıq tamahlıq edib tarixi abidələrin yerinə obyektlər tikdirirlər.”.
Qeyd edək ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumatda qeyd edilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-04-2019, 00:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-04-2019, 00:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09