Qanun nə deyir? — Tikinti divardan ən azı üç metr məsafədə aparıla bilər
Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov mətbuat konfransı keçirərək son günlər qoruq ərazisində aparılan tikinti işləri ilə bağlı ittihamlara cavab verib. O, həmin təmir-tikinti işlərində heç bir qanun pozuntusunun olmadığını qeyd edib, bu işlərə etiraz edənləri təxribat yaratmaqda günahlandırıb.
Mövzu gündəmə gətirildirkən sonra qoruq rəhbərliyi bəzi telekanallara açıqlama verib, orada videoçəkiliş aparılmasına icazə verilib.
Həmin videokadrlardan görünür ki, aparılan tikinti ilə qala divarları arasında məsafə 10-15 santımetrdir.
Oxuculara 22 sentyabr 2011-ci ildə qəbul olunmuş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsassnamənin bəzi müddəalarını təqdim edirik. Nəticəni özünüz çıxarın, hazırda aparılan tikinti-təmir işləri əsasnamənin tələblərinə uyğundurmu?
4. Zonada inşaat-təmir işlərinin aparılması
4.1. Zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin (bundan sonra-inşaat-təmir işləri) aparılmasına yol verilmir.
4.2. Zonada torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır.
4.3. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.
4.4. Zonada abidələrin bədii-estetik görkəminə, təhlükəsizliyinə, funksional təyinatına və uzunömürlülüyünə xələl gətirməyən inşaat-təmir, işıqlandırma, bədii tərtibat və mövcud infrastrukturun yeniləşdirilməsi işləri İdarənin razılığı ilə aparılır.
4.5. Zonada istənilən obyektin və ya qurğunun quraşdırılması yerlərinin müəyyənləşdirilməsi, həmin layihələrin keyfiyyəti və məkana uyğunluğu baxımından qiymətləndirilməsi İdarənin iştirakı və razılığı ilə həyata keçirilir.
4.6. Bu Əsasnamənin 4.4-cü və 4.5-ci bəndlərində göstərilən işlərin həyata keçirilməsi üçün görüləcək işlərin həcmi, ünvanı, məzmunu, abidələrə və yeraltı mədəni təbəqələrə ziyan dəyməməsi üçün təhlükəsizlik tədbirləri barədə məlumatlar eskiz və işçi layihəsi əlavə olunmaqla İdarəyə əvvəlcədən təqdim edilməlidir. Layihə üzrə hər hansı bir obyektin (qurğunun) tikilməsi (quraşdırılması) nəzərdə tutulduqda, həmin obyektin (qurğunun) funksional təyinatı, avadanlıqlarının texniki göstəriciləri və iş qaydası, fəaliyyəti nəticəsində mövcud nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinə və ətraf mühitə göstəriləcək təsirə dair məlumatlar verilir. Müraciətdə göstərilən işlərin Zonada aparılmasının zəruriliyi əsaslandırılmalı, bu məqsədlər üçün digər ərazilərdən istifadənin qeyri-mümkünlüyünə dair təsdiqləyici sənədlər məlumatlara əlavə edilməlidir.
4.7. Təqdim edilmiş sənədlər əsasında İdarə tərəfindən 30 gün müddətində abidələrin təhlükəsizliyi üçün müvafiq qorunma tədbirləri və işlərin görülməsi şərtləri müəyyən edilməklə, onların həyata keçirilməsinə razılıq verilir və ya razılıq verilməsindən əsaslandırılmış şəkildə imtina edilir. Razılıq məktubunda həmçinin İdarənin görüləcək işlərin gedişinə nəzarət və əlaqələndirmə funksiyalarını yerinə yetirəcək səlahiyyətli nümayəndələri barədə informasiya əks olunur.
4.8. İdarənin razılığı əsasında Bakı Şəhər İcra Hakimiyyəti bu Əsasnamənin 4.4-cü və 4.5-ci bəndlərində göstərilən işlərin başlanılmasına icazə verir.
4.9. Hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Nazirliyə,Bakı Şəhər İcra Hakimiyyətinə, idarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar, Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, nazirliyin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir və görülən işlər nazirliyin nəzarəti ilə davam etdirilir. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, idarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər. Nazirliyə və idarəyə tədqiqat işləri barədə hesabat, abidə, əşya və ya başqa tapıntı aşkar edildikdə isə onun koordinatları və fotoşəkilləri təqdim olunur.
4.10. Zonada vaxtaşırı təşkil olunan monitorinqlər zamanı həyata keçirilən işlərin layihəyə, yaxud razılıqda göstərilən tələblərə uyğun aparılmadığı, həmçinin bu Əsasnaməyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına zidd olduğu aşkar edildiyi hallarda, həmin işlərin dərhal dayandırılması üçün İdarə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır.
4.11. Zonada mühəndis-kommunikasiya xətlərinin çəkilişi və inşaat-təmir işləri aparılarkən zəruri texniki və yanğın təhlükəsizliyi tədbirləri sifarişçinin vəsaiti hesabına görülməlidir.
4.12. Hüquqi və fiziki şəxslər Zonada qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidirlər.(Yeni Sabah)
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-04-2019, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-04-2019, 15:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09