reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycanda bir gündə yoluxma sayı yenidən 100-ə yaxınlaşdı

reklam

Azərbaycanda bir gündə yoluxma sayı yenidən 100-ə yaxınlaşdı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, 2 269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.


Paylaş:


Müəllif : Tarix:
12-08-2020, 16:53
Sikayət   


loading...
Загрузка...