Dünən DTX-da ifadə verən məmurlarla bağlı maraqlı məlumatlar
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatdan 40 gün ötür.
İyulun 3-də keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə və rüşvət almaqda ittiham edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.
DTX-nın əməliyyatı nəticəsində yalnız 3 vəzifəli şəxsin həbs edilməsi, rəhbərliyin toxunulmaz qalması hakimiyyətin korrupsiyaya qarşı mübarizədə imitasiya ilə məşğul olduğunu düşünənlərə əlavə arqumentlər vermişdi.
Prezident İlham Əliyevin Ermənistanın 12 iyulda Tovuz istiqamətində törətdiyi təxribatla bağlı keçirdiyi müşavirədə həmin vaxt Xarici İşlər naziri vəzifəsini daşıyan Elmar Məmmədyarovu sərt tənqid etməsi, bir gün sonra isə onun işdən çıxarılması hakimiyyətin bu məsələdə israrlı olduğuna dair qənaətin güclənməsinə səbəb oldu.
Dünən isə məlumat yayılıb ki, Xarici İşlər nazirinin iki müavini - Ramiz Həsənov və Nadir Hüseynov DTX-ya çağırılaraq saatlarla ifadə veriblər. Media bu olayı XİN-də yeni həbslərin anonsu kimi dəyərləndirib. Amma Ramiz Həsənov bu gün açırlama verərək yayılan məlumatı təkzib edib. O heç bir orqana çağırılmadığını bildirib.
Ramiz Həsənov 2004-cü ilə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru vəzifəsinə təyin edilib. 2008-ci ildə agentlik komitəyə çevrilib və Ramiz Həsənov 2018-ci ilə qədər komitə sədri kimi fəaliyyət göstərib. 2018-ci ildə Xarici İşlər nazirinin müavini təyin olunub.
Nadir Hüseynova gəlincə, o, hələ ki, DTX-ya çağırılması barədə məlumata reaksiya verməyib. Bu da informasiyanın əsassız olduğuna şübhələri artırıb.
Nadir Hüseynov Ramiz Həsənovdan fərqli olara uzun müddətdir ki, fasiləsiz olaraq diplomatik sahədə çalışır. Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirən nazir müavini 1992-1998-ci illərdə XİN-in Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-cu illərdə isə Konsulluq İdarəsinin rəisi olub.
2002-ci il yanvarın 12-də Prezidentin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilib.
2010-ci noyabrın 24-də Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Nadir Hüseynov 2019-cu ilin iyul ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Nazir müavinlərinin DTX-ya çağırılması barədə adıçəkilən şəxslərdən biri tərəfindən təkzib olunsa da, XİN-də yeni həbslərin, ən azı istefaların olacağı barədə mülahizələr səngimir.
Zatən, Ceyhun Bayramovun XİN-nin rəhbrəliyinə gətirilməsi qurumda “təmizləmələrin” aparılacağı ilə izah edilirdi. Mümkündür ki, bu “təmizləmələr” həbslərlə müşayiət edilsin.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-08-2020, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-08-2020, 13:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39