LONDONDA MÜAMMALI ÖLÜM... - Nazarbayevin nəvəsi ailənin korrupsiya sxemindən xəbərdar olduğunu bildirmişdi..
Britaniya adası dünyanın ən qəribə, müəmmalı, səs-küylü ölümlərinin baş verdiyi ünvanlardandır. Milyonçuların can atdığı, milyarderlərin at oynatdığı bu adada daha bir sirli ölüm baş verib. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonda müəmmalı şəkildə vəfat edib. 10 gün sonra 30 yaşı tamamlanacaq Aysultan Nazarbayevin ölüm səbəbi dəqiq deyil.
Bu ölüm Dumanlı Albion üçün nə birinci, nə də sonuncudur. Əli yüz milyonlarla “qara pul”a toxunan qaçaq siyasilərin bir vaxtlar cənnəti hesab edilən bu ünvandan sağ çıxmayanları da az deyil. Baş vermiş müəmmalı, qatı açılmamış silsilə qətllər - sabiq xüsusi agent Litvenenkonun, o cümlədən oliqarx Berezovskinin izahsız, müəmmalı ölümü də məhz burada qeydə alınıb. Britaniya xalqı son zamanlar böyük təşviş, sarsıntı içindədir - müxtəlif kəşfiyyatçıların, eks-prezidentlərin qohum-qardaşının izahsız, müəmmalı, silsilə qətlləri, mübhəm ölümləri ölkənin dörd guşəsində bitib qurtarmır. Dünyanın nəbzi vuran “The Guardian”, “The Independent ”, “The Daily Telegraph”, “The Sunday Times” kimi sanballı qəzetlərin manşetlərindən belə ölüm xəbərləri düşmür. Üstü açılmamış kəşfiyyatçı qətlləri sırasında bizi ilk olaraq Mİ-6 zabiti Haret Uilyamsın müəmmalı, tapmaca dolu qətli də var. Rusiyalı oliqarx Berezovskinin sual dolu ölümü... Bu sıraya Aysultan Nazarbayevin də müəmmalı ölüm işi əlavə olunub. Aysultan Nazarbayev Qazaxıstan liderinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. O, Londonda yaşayırdı. Daha əvvəl Aysultan Nazarbayevin ailəsinin ona təzyiq göstərdiyini söyləyərək, Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.
Aysultan Nazarbayevin atası Rahat Əliyev də müəmmalı şəkildə dünyasını dəyişib. 30 yaşlı Aysultan keçmiş prezidentin böyük qızı Dariqa Nazarbayeva ilə mərhum Rahat Əliyevin ortancıl övladıdır... Qazaxıstan KİV-lərinin məlumatına görə, Aysultan Nazarbayevin ölümünə ürək tutması səbəb olub, ancaq buna şübhə edilir. Maraqlıdır ki, A.Nazarbayev ötən ilin yayında Londondakı otellərdən birində intihara cəhd etmiş, özünü balkondan atmaq istəyərkən polisin müdaxiləsi sayəsində həyatda qalmışdı.
Sandxerstdəki Britaniya Kral Hərbi Akademiyasını bitirdikdən sonra Aysultan Nazarbayev Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin heyətinə daxil edilmişdi. 2017-ci ildən isə Qazaxıstan Futbol Federasiyasında çalışırdı. A.Nazarbayev ötən ilin oktyabr ayında Londonda narkotik vasitələrin təsiri altında polis işçilərinə müqavimət göstərdiyinə, onlardan birini dişlədiyinə görə yerli məhkəmə tərəfindən şərti cəza almışdı. Aysultan həm cərimələnmiş, həm də üzərinə narkotik asılılığından müalicə olunmaq öhdəliyi qoyulmuşdu. İstintaq A.Nazarbayevin kokaindən istifadə etdiyini müəyyən etmişdi. Qeyri-rəsmi versiyaya görə o, həbsxanada intihar edən atası Rahat Əliyevin ölümündən sonra narkotik istifadə etməyə başlayıb.
Dediyinə görə, 2019-cu ildə ailəsi onu “xüsusi Rusiya həbsxanasında” gizlədib. Sonradan həm Allah, həm də babası Nazarbayev ona narkotik asılılığından qurtulmağa kömək edib. D.Nazarbayeva ilə 1983-cü ildə ailə quran Rahat Əliyev siyasi və diplomatik fəaliyyətlə məşğul idi. Cütlüyün bu nikahdan iki oğlan və bir qız olmaqla, üç övladı dünyaya gəlmişdi - Nurəli, Aysultan və Venera.
2007-ci ildə adı bir sıra cinayətlərdə hallanan R.Əliyev Qazaxıstandan vaxtilə səfir olduğu Avstriyaya qaçır. Özünə qarşı təqibləri siyasi motivli adlandıraraq Qazaxıstana qayıtmayacağını bildirir. 2014-cü ildə R.Əliyev Qazaxıstan bankının iki menecerinin qətlində şübhəli bilinərək Avstriyada tutulur. Və 2015-ci ildə Avstriya həbsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılır.
Rəsmi versiyaya görə, R.Əliyevin ölümü intihar idi. Alman ekspert Bernd Brinkman isə R.Əliyevin intihar versiyasını qəbul etməyərək hadisənin qətl olduğunu demişdi. Və bildirmişdi ki, boğulma qırışlarından aşağıda olan göy ləkələr də qətl versiyasını möhkəmləndirir. Ekspertin sözlərinə görə, qançırlar göstərir ki, R.Əliyevi boğandan sonra asıblar. Rahat Əliyev vətənə xəyanət, dövlət çevrilişinə cəhd kimi, bir sıra ağır maddələrdə də ittiham edilmişdi.
Rahat ƏliyevO, vətənində qiyabi mühakimə olunmuş və barəsində həbs qərarı çıxarılmışdı. Avstriya əməliyyatçıları Qazaxıstan hökumətinin tələbi ilə R.Əliyevi 2015-ci ildə Vyanada həbs etmişdilər. Dariqa Nazarbayeva qalmaqallı proses başlayan kimi birtərəfli qaydada - R.Əliyevin razılığı olmadan ərindən boşanmış və bir müddət ictimai həyatdan kənarlaşmışdı. Strateq.az yazır ki, həmin dönəmlərdə mətbuatda hadisənin məhkəmə ərəfəsi baş verməsi ciddi şübhələrə yol açdığı qeyd olunub. Çünki R.Əliyev əvvəlcədən bəyan etmişdi ki, məhkəmədə Qazaxıstan məmurları ilə bağlı şok faktlar açıqlayacaq. O, qayınatası N.Nazarbayevlə də bağlı ifşaedici açıqlamalar vermişdi. Atası kimi Aysultan Nazarbayevin də ölümü müəmmalı oldu...
Aysultan bu ilin fevral ayında “Facebook” hesabından bəyan etmişdi ki, siyasi sığınacaq üçün Britaniya hökumətinə müraciət edib. Buna səbəb isə paxıl və acgöz qohumları ilə münasibətlərinin pis olmasıdır.
Üstəlik, atası Rahat Əliyev kimi Aysultan da ölümündən qabaq sensasion açıqlamalar verərək anası ilə münasibətlərinin pis olduğunu, həmçinin Qazaxıstan qazının Rusiyaya satılmasına dair ailə üzvlərinin də iştirak etdiyi korrupsiya sxemindən xəbərdar olduğunu bildirmişdi...
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2020, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-08-2020, 11:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29