reklam
Regionxeberlericom.az » Araşdırma » Canlı yayım zamanı Kəramətin yanında kim olub? – Sevgilisindən açıqlama

reklam

Canlı yayım zamanı Kəramətin yanında kim olub? – Sevgilisindən açıqlama


Gənc yazar Kəramət Böyükçölün adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Polis tərəfindən saxlanılan Böyükçölün problemlərlə üzləşməsində yaxın ətrafını ittiham edənlər az deyil. Sosial şəbəkə iştirakçıları vaxtında müdaxilə etməklə yazarı xilasetmənin mümkünlüyünü vurğulayırlar.

Maraqlıdır, həmin gün Kəramət Böyükçölün yanında kimlər olub? Niyə dostları onun köməyinə çatmayıb? Canlı yayım zamanı onun yanında həmkarı Murad Köhnəqalanın olması barədə deyilənlər doğrudurmu?

Ötən ildən bəri yazıçı ilə eyni evi paylaşan sevgilisi Səidə İsmayılova açıqlamasında bildirib ki, onda olan məlumata görə, Murad Köhnəqala polis gələndən əvvəlki gecə evdən çıxıb:

“Polis gələn zaman içəri keçən şəxsin kim olduğunu isə bilmirəm. Mən də canlı yayıma baxdım, ancaq tam seçə bilmədim.

Ötən gün Kəraməti Yasamal rayon 28-ci polis bölməsinə aparıblar. Ora zəng elədim və mənə Kəraməti xəstəxanaya apardıqlarını, gün ərzində bölməyə gətirəcəklərini dedilər. Dəfələrlə zəng vurmağıma baxmayaraq, sadəcə bu cavabı ala bildim. Xəstəxananın adını demədilər.

Amma indi öyrəndim ki, gecə dostlardan ora gedən olub, onlara Kəramətin bölmədə olduğunu, izahatı alınacağını və gecəni orada qalacağını deyiblər”.


Paylaş:


Müəllif : Tarix:
19-08-2020, 13:36
Sikayət   


loading...
Загрузка...