“İnsanlar başa düşür ki, vəziyyət gərgindir” - Gülər Əhmədova
Pandemiya dövründə ailə quranların sayı kəskin şəkildə azalıb. Ədliyyə Nazirliyinin məlumatına görə, cari ilin ötən dövrü ərzində qeydiyyat orqanları tərəfindən ümumilikdə 21 min 487 nikah qeydiyyata alınıb.
Martın 31-dən avqustun 10-dək qeydiyyata alınan nikahların sayı isə 9 177 olub. Əksəriyyət nikahlardakı bu azalmanı ailələrin təzyiqi ilə əlaqələndirirlər. Belə bir rəy formalaşıb ki, bir çox valideyn xərclədiyi pullar batmasın deyə, övladına sadə toy etmək istəmir.
Maraqlıdır, nikahların azalma səbəbi nədir?
Psixologiya elmləri namizədi, sabiq deputat Gülər Əhmədova Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycanda toylar təəssüf ki, “sən mənə, mən sənə” sistemi üzərində qurulub:
“Doğrudan da belə bir tendensiya var. Bir çox gənc istədikləri halda, məhz bu səbəblə pandemiya dövründə ailə həyatı qura bilmədi. Ancaq göründüyü kimi, bəziləri “mentalitet”i aşıb keçə bildilər. Evlənənlər elə bu şəxslərdir.
Biz pandemiyanı karantin dövrünə girməmişdən əvvəl də müzakirə etmişik və artıq bilirik ki, pandemiya müəyyən mənada müharibə dövrüdür. Ona görə də yadımıza salmalıyıq ki, müxtəlif müharibələr dövründə insanlar evlənirdilər, hətta müharibənin ən çətin günlərin belə ailə qurmağın qarşısını kəsən bir səbəb olmurdu. Artıq XXI əsrdir və toyda məhz 500 nəfər olmalıdır kimi fikirlər köhnəlib. Bu artıq yeni dünya düzənidir. Qeyd olunub ki, artıq dünyada heç nə əvvəlki kimi olmayacaq. Bu səbəbdən mütləq şəkildə müəyyən dəyişikliklərə getməliyik”.
Gülər Əhmədova hesab edir ki, bu gün gənclər də valideynlərinin qarşısında sadə nikahla bağlı məsələni qoymalıdırlar:
“Ümumiyyətlə, ailə qurmanın qarşısını kəsən maddi və müəyyən mənada alçaldıcı olan şərtlər aradan götürülməlidir. Yəni mən kimsə mənim pulumu qaytarsın deyə ailə qurmamalıyam. Yaxşı olardı ki, artıq gənclər bu tip məsələlərin qarşısını alsınlar. Sovet dövründə “komsomol toyu” olurdu. Bir çox tanınmış, hamımızın bildiyi insanlar olub ki, onların toyu ev şəraitində, az sayda insanın iştirakı ilə baş tutub. Çünki insanların sayının çoxluğu heç də qurulan ailənin müsbət nəticələnəcəyinə bir zəmanət vermir”.
Sabiq deputat deyir ki, Azərbaycanda səssiz toy edərkən cəmiyyət tərəfindən onun altında başqa mənaların axtarılması məsələsinə gəldikdə, həmsöhbətimiz vurğulayıb ki, pandemiya dövründə sözügedən yanaşmanın olmayacaq:
“Bu məsələ pandemiyadan öncəki dövrə təsadüf etsə, onunla 100 faiz razılaşmaq olardı. Amma indi hətta dünyadan köçən insanlar üçün belə yas mərasimi keçirilmir. Ən tanınmış insanlar həyatını itirir, amma mərasim olmur. Bu, artıq psixoloji bariyer olaraq aradan götürülüb. İnsanlar çox gözəl başa düşürlər ki, vəziyyət gərgindir. Bu səbəblə bəzi şərtiliklər nəzərə alınmır. Qeyd etdiyim kimi, pandemiyanın yeni dünya düzəni olduğu nəzərdə tutulmalıdır. Belə olduqda “Toyu, görəsən, niyə tələsik etdilər?” kimi, fikirlər aktual olmayacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2020, 13:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2020, 13:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39