Deputatdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
Milli Məclisin deputatı İltizam Yusifov son günlərdə Şirvan şəhərində koronavirusa yoluxma hallarının artması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İ.Yusifov Pravda.az-a açıqlamasında deyib ki, karantin elan edilən vaxtdan şəhərdə sanitar-epidemioloji vəziyyət normal olub və bu gün də vəziyyət tam nəzarətdədir. Heç bir naratahatçılığa səbəb yoxdur. Belə ki şəhərdə karantin rejiminin tələblərinə riayət olunması Şirvan şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının əməkdaşlarının daim nəzarətindədir.
Deputatın sözlərinə görə, şəhərdə maarifləndirmə işinə xüsusi önəm verirlər: “Pandemiyanın başladığı ilk günlərdən şəhər üzrə operativ məlumatlar mütəmadi olaraq yenilənərək xüsusi plakatlarda maarifləndirmə məqsədilə yaşayış binalarının girişlərinə, şəhərin bütün məhəllə və küçələrinə yerləşdirilərək əhaliyə çatdırılır.
Lakin son günlər koronavirusa yoluxanların sayının artması ilə bağlı müəyyən narahatedici hallar müşahidə olunmaqdadır.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, Şirvan Müalicə-Diaqnostika Mərkəzinə 10-a qədər ətraf rayonların əhalisinin müraciətlərinin intensivliyi həmin tibb müəssisələrində çalışan, pandemiya ilə mübarizədə həmişə öndə olaraq öz həyatlarını risk altına qoyan çox sayda fədakar tibb işçilərimizin koronavirusa yoluxmasına səbəb olub və nəticədə şəhər sakinləri arasında yoluxma faktlarının artmasının məhz tibb müəssisələrindən qaynaqlandığı müəyyən olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) doğru qərar qəbul edərək bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar verib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək”.
İ.Yusifov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında daima vurğulayır ki, bizim üçün ən önəmli olan Azərbaycan xalqının sağlamlığıdır. Bu gün bu sahədə atılan addımlar, görülən işlər göz qabağındadır. Bu sahədəki imkanlarımız nəzərə alınaraq son vaxtlarda ölkə ərazisində müəyyən yumsalmalara gedildi. Lakin insanlarımız bundan sui-istifadə etməməlidirlər. Bu gün "vətəndaş məsuliyyəti" önə çıxmalıdır, insanlar daha da məsuliyyətli olmalı, karantin rejimi qaydalarına riayət etməlidirlər. Doğrusu, vətəndaşlarımız da əvvəlki aylara nisbətən daha məsuliyyətlidirlər və virus yoxa çıxmayana qədər karantin rejiminin "həyat norması" olmasını başa düşürlər. Hesab edirəm ki , məsuliyyəti daha da artırmaq lazımdır ki, bu bəladan qurtula bilək.
Növbəti qərarların Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən epidemoloji vəziyyətdən asılı olaraq veriləcəyi bəlli olsa da hesab edirəm ki, sərt karantin rejimi arzu olunan deyil və karantin rejiminin mərhələli şəkildə yumşaldılması daha məqsədəuyğundur. Uzun müddət bu şəraitdə yaşamaq və fəaliyyət göstərmək mümkün deyil. Deməli, bu şəraitə uyğun qaydalar müəyyənləşdirilməlidir.
Hər bir dövlət üçün iqtisadiyyat çox önəmlidir. Xidmət sahələrinin, iaşə obyektlərini fəaliyyətinə şərait yaradılmalıdır. Baxın, açıq havada restoranların fəaliyyətinə icazə verilib, bir müddətdən sonra havalar soyuyacaq, həmin obyektlərin fəaliyyəti mümkünsüz olacaq. Ona görə də qapalı məkanların fəaliyyətini davam etdirməsi üçün qaydalar işlənib hazırlanmalıdır. O cümlədən toy və yas mərasimlərinin formatı müəyyən edilməlidir. Biz qadağalarla deyil, qaydalarla yaşamağı üstün tutmalıyıq.
Hesab edirəm ki, bundan sonra da Nazirlər Kabineti yanında Operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə almaqla yoluxma intensivliyinin çox olduğu rayon və şəhərlərdə yoluxma mənbələrinin “lokal qapanma” formatına üstünlük verərək adekvat addımlar atacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2020, 10:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-08-2020, 10:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39