NAZİRİN AÇIQLADIĞI YENİ QAYDALARLA BAĞLI SUALLAR – "Onlayn, distant təhsildən danışırlar, amma..."
Azərbaycanda 2020-2021-ci illər üzrə yeni tədris ili yaxınlaşır. Koronavirusla bağlı bundan əvvəlki tədris 2020-ci ilin martın 3-dən dayandırılıb. Dərslər yalnız onlayn keçirildi və həmin tədris ili (2019-2020) elə o formada da başa çatdı.
İndi çoxlarını bir sual düşündürür: Dərslər öz vaxtında, sentyabrın 15-də başlayacaqmı və başlayacaqsa, bu necə təşkil ediləcək?
Hərçənd, dünən, avqustun 27-də Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında təkliflərini açıqlayıb. Amma bu, hələ, yekun qərar deyil.
Təkliflərə əsasən, orta məktəblərdə dərslər ibtidai siniflərdə sentyabrın 15-i (həftədə 2-3 dəfə olmaqla), 5-9-cu siniflərdə oktyabrın 1-i, 10-11-ci siniflərdə də oktyabrın 15-i başlamalıdır. Ali məktəblərdə də dərslərin sentyabrın 15-də başlanması təklif edilir, amma distant formada. Oktyabrın 15-dən isə ali məktəblərdə bəzi ixtisaslar üzrə əyani dərslər bərpa edilə bilər.
Təhsil eksperti Nabatəli Qulamoğlu "AzPolitika.info"ya şərhində bildirib ki, pandemiyadan sonra yeni dərs ilinin nə vaxt başlaması barədə dünyada vahid mövqe yoxdur: "Deyək ki, yeni Zenlandiyada dərslər yaz vaxtı davam etdi və müsbət nəticə verdi, İsraildə isə tamamilə əks effekt verdi, bütün müəllimlər karantinə yerləşdirildi. Deməli, pandemiya və təhsil sistemi problemi barədə informasiyalar hələ emal ərəfəsindədir. Ona görə Təhsil Nazirliyini hələ gözləmə mövqeyi tutmağa səsləyərdim".
Ekspertin sözlərinə görə, hansı parametrlərinə görə şagirdlər dərsə başlanma müddətinə görə kateqoriyalara bölünüb - bu məlum deyil: "Ali məktəblərdə sentyabrın 15-dən onlayn dərslərin davam etməsini dəstəkləyirəm. Hazırda şagirdlərin təlim-tərbiyəsində valideynin rolu önə çıxır. Bu cəhəti nazirlik nəzərə almalıdır. Fikrimcə, onlayn dərslər ümumtəhsil məktəblərində də davam etməlidir. Məncə, pandemiya uşaqlar üçün ciddi təhlükə törətmir, amma müəllimlər risk qrupunda olduğu üçün hər yerdə onlayn dərslərə start vermək lazımdır. Qarşımızdakı aylar ərzində problemə müəyyən aydınlıq gətirilə bilər. Risk etməyə ehtiyac yoxdur. Metro məsələsi kimi olmasın: əvvəl açıb, sonra da bağlamasınlar".
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kamran Əsədov hesab edir ki, nazir yeni dərs ilinin təşkili ilə bağlı xüsusi yeni heç nə deməyib.
O "Azadlıq" radiosuna deyib ki, ötən tədris ilində ən azı şagirdlərin 50 faizi təhsildən kənarda qalıb, teledərslər, virtual məktəb layihəsi özünü doğrultmayıb: "Virtual məktəb layihəsinə 1 milyon uşaq qeydiyyatdan keçmişdi , 600 min şagird isə keçməmişdi".
Onun fikrincə, indi ibtidai siniflərin həftədə 3 dəfə məktəbə getməsi hər gün onlayn dərs almalarından yaxşıdır, amma canlı təmasın mənfi tərəfi virusa yoluxma riskinin yüksək olmasıdır. Üstəlik, o hesab edir ki, ali məktəblərlə bağlı təklif o qədər də uğurlu deyil.
O vurğulayıb ki, ali məktəblərdə dərslərin gec başlaması həm də qəbul imtahanlarının gecikməsindən irəli gəlir:"Onlayn, distant təhsildən danışırlar, amma distant təhsillə bağlı qanun qəbul edilməyib. Odur ki, distant təhsillə bağlı qanun qəbul edilməlidir".
K. Əsədovun bildirməsinə görə, nazir müəllimlərin maaşlarının azalmayacağını bəyan edib, amma ənənəvi dərs deyənlə onlayn dərs deyən eyni əməkhaqqı ala bilməz və bunun açıqlaması verilməyib: "İki gün dərs deyənlə üç gün dərs deyənin fərqi nə olacaq? Burada həlli vacib olan məsələ budur ki, əvvəl şagirdlər 34 həftəlik və ya təqribən 210 gün aktiv dərslərdə iştirak edirdilər. İndi ikigünlük həftədə bu, təqribən 68 gün olacaq. 210 günlük dərsi 68 günə tədris etmək mümkün deyil...".
İctimai Şuranın digər üzvü Məlahət Mürşüdlü isə hesab edir ki, bu açıqlama xeyli gecikib: "Təhsil Nazirliyinin tədrislə bağlı təklifləri çox gecikdi. Hələ mart ayında deyilmişdi ki, nazirliyin tədrislə bağlı A, B, C planları olmalı idi. Amma yeni təklif, ya proqram olmadı".M.Mürşüdlü əlavə edib ki, dərslərin başlamasına az qalır, amma təkliflər indi müzakirəyə çıxarılır: "Onlayn dərslər göstərdi ki, distant təhsilə keçmək istəyiriksə, nəzərə almalıyıq ki, bu, müasir informasiya texnologiyaları, sürətli və kəsintisiz internet, ailədə təhsil alan hər uşağa kompüter alınması kimi külli miqdarda maliyyə vəsaiti deməkdir. Bu, bahalı tədris növüdür".
Ekspertə görə, son tədris ilində onlayn dərslər sübut edib ki, ölkə təhsili bu distant təhsilə keçidə hazır deyil. Onun fikrincə, Bakıətrafı qəsəbələrdə və kənd rayonlarında davamiyyət, tədrisin keyfiyyəti təmin olunmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2020, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-08-2020, 16:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16