Gözlərə mənfi təsir edən amillər, onlardan qorunmağın yolları – HƏKİM MƏSLƏHƏTİ
Sağlam gözlər hər insanın sahib olduğu ən qiymətli nemətdir. Dünyanı, ətraf aləmi görmək və yenilikləri kəşf etmək üçün unikal vasitədir. Görəsən, bütün bu gözəllikləri bizə bəxş edən gözlərimizin sağlamlığını nə dərəcədə qoruyuruq?
Lent.az göz sağlamlığı, onun qorunması və digər sualları mütəxəssisə ünvanlayıb.
Oftalmoloq Elvin Yadigarovun sözlərinə görə, hazırda göz sağlamlığına mənfi əsir edən amillər olduqca çoxdur:
“Bunlara misal olaraq gündəlik həyatda maşında və evdə istifadə edilən kondisoneri, kompüter və telefon şüasını göstərmək olar. Sadalanan həmin amillər “quru göz” sindromuna gətirib çıxarır. Mən indi xəstələrdə daha çox bu şikayətlə qarşılaşıram”.
Oftalmoloq qeyd edir ki, əvvəlcə hər gün bol maye qəbul edilməlidir. Təbii ki, burada söhbət saf sudan gedir. Onun sözlərinə görə, gözləri tez-tez qırpmağı da unutmaq olmaz, xüsusən də monitor arxasındaykən:
“Monitor arxasında olanda insan gözlərini normadan 4 dəfə daha az qırpır. Gözləri tez-tez yummaq lazımdır ki, onlar nəmlənsin və quruluq aradan qalxsın. Normalda insan 1 dəqiqə ərzində gözlərini 16-dəfə yumursa, bu say monitor arxasındaykən 4-ə enir. Əgər gözdə quruluq daha çoxdursa, nəmləndirici damcılardan istifadə etmək tövsiyə olunur. Bu damcılar tam ziyansızdır. Ondan biz həkimlər də istifadə edirik”.
Həkim onu da bildirib ki, əsəb və stress də göz sağlamlığına mənfi təsir edən amillərdəndir. Məhz bu səbəbdən də şəkərli diabet xəstələri ikiqat diqqətli olmalıdır:
“Stress gözlərə birbaşa olmasa da, dolayı yolla pis təsirini göstərir. Şəkərli diabet xəstəliyinin etiologiyasında da stress amili var. Stress nəticəsində əmələ gələn diabet xəstələrində gözdə çox böyük dəyişikliklər ola bilər. Bu hal göz dibi problemlərinə, mirvari suyunun və kataraktanın daha tez formalaşmasına gətirib çıxarır”.
Həkim onu da əlavə edib ki, hazırda uşaqların telefon və kompüterdən çox istifadə etməsi qlobal bir problemi də özü ilə yanaşı gətirir. Belə ki, azyaşlıların, gözün formalaşdığı bir dövrdə ona ziyan verən bu alətlərdən istifadə etməyi gözün zəifləməsinə gətirib çıxara bilər. Valideynlər bu baxımdan diqqətli olmalıdır. Gün ərzində uşaqlara maksimum 1-2 saat kompüter və telefondan istifadə etmək olar.
Demək olar ki, bütün orqanizmin sağlamlığı üçün düzgün qidalanmanın nə qədər önəmli faktor olduğunu yəqin bilməyən yoxdur. Həmsöhbətimiz Elvin Yadigarov da göz sağlamlığı üçün düzgün qidalanmanın çox vacib olduğunu vurğulayıb:
“Dəniz məhsulları, yumurta, ispanaq, yerkökü, bibər gözə faydalı olan qida növlərindədir. Çalışmaq lazımdır ki, gündəlik menyüyə bol tərəvəzli salatlar daxil edilsin. Lakin həmin qidalardan istifadə heç də müalicə demək deyil. Əgər gözdə artıq problem yaranıbsa, bu zaman mütləq göz həkiminə müraciət etmək lazımdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2020, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-09-2020, 08:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09