Rəsul Cəfərov Hikmət Hacıyevin QHT sədrləri ilə görüşündən yazdı
İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin QHT sədrləri ilə görüşündə iştirak edib.
R.Cəfərov qeyd edib ki, dünən Prezidentin köməkçisi Hikmət Hacıyevlə insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) arasında Zoom konfransa dəvət edilib: “Dəvəti qəbul edib konfransda iştirak etdim və çıxış etmək imkanım da oldu. Bu kimi görüşləri vacib hesab edirəm və konkret nəticələr olacağı təqdirdə onları həm də faydalı adlandıra biləcəyik. İndiyə olan təəssüratım ondan ibarətdir ki, belə görüşlərin keçirilməsi formal xarakter daşımır və vətəndaş cəmiyyəti üçün müəyyən müsbət nəticələr ola bilər. Biz həmişə bu kimi ünsiyyətin və dialoqun tərəfdarı olmuşuq. Təsadüfi deyil ki, 2012-ci ildə Prezidentin keçmiş köməkçisi Əli Həsənovun da dəvətini qəbul edib dialoq görüşünə qatılmışdım. Məlum olduğu kimi həmin vaxt dialoq baş tutmadı və vətəndaş cəmiyyəti sıradan çıxarıldı ki, bu da nəticə etibarilə dövlətə və cəmiyyətə hazırda da ziyan vurmaqdadır.
Çıxışda vətəndaş cəmiyyəti sahəsini tənzimləyən qanunvericilik aktlarına 2013-2014-cü illərdə edilmiş mürtəce dəyişikliklərin QHT-lərin potensialının istifadəsinə ciddi maneə olması və onların dəyişdirilməsinin vacibliyi barədə danışdım. Vəziyyətin yaxşılaşdırılması üçün qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təklif irəli sürdüm”.
Qeyd edək ki, R. Cəfərov 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 2020-ci il aprel ayında Ali Məhkəmə tərəfindən R.Cəfərovun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-09-2020, 17:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-09-2020, 17:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39