reklam
Regionxeberlericom.az » Araşdırma » 90 yaşlı milyarderdən uğura aparan ÜÇ HƏYAT DƏRSİ

reklam

90 yaşlı milyarderdən uğura aparan ÜÇ HƏYAT DƏRSİ


Amerikalı sahibkar, dünyanın ən böyük və ən tanınmış investorlarından biri Uorren Baffet bir neçə gün əvvəl 90 yaşını qeyd edib. Ötən il sərvəti 84,9 milyard dollar qiymətləndirilən iş adamı dünyanın adamları siyahısında dördüncü yerdə qərarlaşır.

Oxucuları bu məşhur milyarderin müdrik fikirləri ilə tanış edirik.

Baffet Florida Universitetində söylədiyi mühazirələrinin birində söyləyib ki, insanların və müəssisələrin dəfələrlə tamahkarlıq ucbatından necə riskə getdiklərinin və uğursuzluğa düçar olduqlarının şahid olub:

“Sizə lazım olmayana sahib olmaq üçün sahib olduqlarınızı riskə atmayın. Əhəmiyyətsiz bir şey uğrunda əhəmiyyətli nələrisə riskə atırsınızsa, bu risk mənasızdır. Bu riski qazanmaq şansının nə qədər olmasına qətiyyən əhəmiyyət vermirəm”.

“Dürüst insanlarla münasibət qurun, enerjinizi onlara xərcləyin. Hər zaman üç keyfiyyəti axtarın: ağıl, enerji və səmimiyyət. Ancaq insanda son keyfiyyət yoxdursa, ilk ikisini hesaba almağa dəyməz” , - o dürüstlüyün həyatda vacibliyini xatırladıb.

Bioqrafiyasında sahibkar müvəffəqiyyətin ən yüksək ölçüsünün sevmək arzusunda olduğunuz insanın əslində neçəsinin sizi həqiqətən sevməsi ilə bağlı olduğunu izah edir.

“Həyatınızın uğurunu bir kəlmə ilə ölçün - sevgi. Bəzi insanlar olduqca zəngin ölürlər, amma heç kim onları bəyənmir. Axı həyatınızı necə keçirdiyinizin əsas göstəricisi sevgidir. Sevginin özəlliyi ondadır ki, pulla qazanıla bilmir. Seks və ya ləziz yemək ala bilərsiniz. Ancaq sevgini qazanmağın yeganə yolu gözəl insan olmaqdır. Bəli, bir milyon dollarlıq çeklə sevgi almaq istərdiniz, amma mümkün deyil. Nə qədər çox sevgi verirsinizsə, qarşılığında da bir o qədər çox qazanırsınız”.


Paylaş:


Müəllif : Tarix:
6-09-2020, 11:02
Sikayət   


loading...
Загрузка...