"Jurnalistlərin binası ilə bağlı hələ qərar yoxdur"
Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə, demək olar ki, hazırdır. Jurnalistlər Milli Mətbuat günündə evlərin veriləcəyini düşünürdülər, amma belə olmadı.
Bu səbəbdən də media nümayəndələrinin bina ilə bağlı müzakirələri səngimək bitmir. Bəziləri mənzillərin verilməsi şərtlərinin dəyişdirildiyini düşünür. “Jurnalist binası”nın açılış mərasiminin dekabr ayında olacağını bildirənlər də var. Hər kəsi “mənzillər nə zaman və hansı şərtlərlə veriləcək” sualı maraqlandırır ki, bununla bağlı hələ ki, cavab verilməyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat katibi İlkin Nadirov isə “Yeni Müsavat”a açıqlamasında binanın təhvil verilməsi ilə bağlı hər hansı yeniliyin olmadığını dedi:
“Bu il verilib-verilməyəcək, bilinmir. Mediada çox yazırlar evlər sentyabrda, noyabrda veriləcək. Bizim əlimizdə olan informasiya odur ki, bununla bağlı qərar yoxdur. Bir xəbər olarsa, mütləq paylaşılacaq”.
Qurum sözçüsü mənzillərin verilməsi ilə bağlı yeni şərtlərin olub-olmaması məsələsinə də münasibət bildirdi:
“Bununla bağlı hər hansı tapşırıq olsa mütləq ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-09-2020, 13:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-09-2020, 13:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39