Əfqanıstan şirkətinin Azərbaycandan aldığı maye qaz gömrükdən buraxılmadı
Əfqanıstanın özəl şirkətlərindən birinin Azərbaycandan idxal etdiyi 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmiryol sisternlərindən gedir,-red.) maye qaz gömrükdə saxlanılıb və ölkəyə buraxılmır. Virtualaz.org xəbər verir ki, buna səbəb maye qazın olduqca keyfiyyətsiz olması və Əfqanıstan standartlarına cavab verməməsidir.
Yerli “TOLOnews” portalının bildirdiyinə görə, hazırda həmin maye qaz dolu tankerlər Əfqanıstanın qərbi Herat əyalətinin Türkmənistanla sərhəddə yerləşən Torqundi sərhəd-keçid məntəqəsində, gömrükdə saxlanılır. Sənədlərə əsasən idxal edilən qaz Əfqanıstanın tələblərinə cavab vermir. Rəsmi şəxslər deyiblər ki, tankerlər Torqundi gömrüyünə bir neçə gün əvvəl daxil olub. Məmurlar bildiriblər ki, “Omran Shukran” adlı özəl şirkət tərəfindən idxal edilən qaz istifadə üçün “təhlükəlidir” və onlar qazın ölkəyə daxil olmasına mane olacaqlar.
Əfqanıstan hökumətinin idxal qaz üçün tələblərinə əsasən onun tərkibində butan 60-70 faiz təşkil etməlidir. Qalan 30-40 faizi isə propandan ibarət olmalıdır. Lakin həmin şirkətin idxal etdiyi qazın keyfiyyətini yoxlayan zaman məlum olub ki, onun tərkibində propanın səviyyəsi cəmi 10 faizdir, butan isə ümumiyyətlə, sıfır faizdir.
“Normativlərə və standartlara nəzarət edən orqanlar idxal edilən qazı ölkə sərhədlərində yoxlayır, əgər idxal edilən yanacaq aşağı keyfiyyətdə olarsa onlar həmin malı geri qaytarırlar, əgər standartlara uyğun olarsa ölkəyə buraxırlar”,-Herat qubernatorunun mətbuat katibi Cailani Fərhad bildirib.
Herat vilayətinin norma və standartlar üzrə İdarəsinin rəhbəri Xeybər Musmir isə bildirib ki, onlar hələlik Azərbaycandan idxal edilən həmin 60 tanker qazın keyfiyyətini yoxlamayıblar.
Məlum olub ki, şirkət Azərbaycandan cəmi 700 tanker maye qaz alıb və yaxın günlərdə onu Əfqanıstana idxal etmə istəyir.
“Əgər Herata daha aşağı keyfiyyətli qaz daxil olsa o, bazarda daha dürüst işləyənlərin diqqətini cəlb edəcək”,-Heratın ticarət-investisiya palatasının rəhbərinin müavini Abdulla Dəşti belə deyib. Qazı idxal edən şirkətin nümayəndələri isə jurnalistlərin suallarına cavab verməyiblər. /Virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2020, 08:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-09-2020, 08:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39