Mehdiyev tayfası toy qalmaqalını niyə siyasiləşdirir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev inzibati həbsdən buraxıldıqdan sonra müxtəlif mülahizələrə yol açan açıqlamalar verib. Keçmiş deputatın fikirlərində əsas diqqətçəkən məqam xüsusi karantin rejimində baş tutan qızının toy mərasimindən yayılan videogörüntüləri qərəzli adlandırmasıdır.
“Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel Teymurzadə qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır”, - deyə İlham Əliyev bildirib.
İlham Əliyev qərəzi toy mərasimində təkcə Ramiz Mehdiyevin deyil, Prezident İlham Əliyevin də şəninə tost deyilməsi, mərhum ölkə başçısı Heydər Əliyevin yad edilməsi, amma yalnız akademiklə bağlı hissənin paylaşılması ilə izah edir.
Keçmiş deputatın sözlərindən belə anlaşılır ki, hakimiyyət bundan qeyzlənərək onu cəzalandırıb. Sanki Prezidentin şəninə sağlıq deyilən hissələr paylaşılsaydı, bu qanun pozuntusuna göz yumulacaqdı.
İlham Əliyev əslində həmin toyda iştirak edən, sonradan isə “Ramiz Mehdiyev bizi aldadıb” deyən YAP-çı deputat Siyavuş Novruzovun səhvini təkrarlayıb. Siyavuş Novruzov iddia etmişdi ki, Ramiz Mehdiyev ona toy mərasimindən Prezidentin xəbərinin olduğunu deyib. O da bu baxımdan da dəvəti qəbul edərək mərasimə qatılıb. Siyavuş Novruzov bu fikirləri ilə ölkə rəhbərliyini pis vəziyyətdə qoymuşdu. Belə anlaşılırdı ki, Prezident bu qanunsuz olaydan xəbərdar olub hətta buna razılıq verib.
Ramiz Mehdiyevin kürəkənin bu fikirləri təsadüfi saymaq doğru olmazdı.
Hələ qalmaqalın ilk günlərində məsələnin siyasi motiv daşıması barədə versiyalar səsləndirilib. Ramiz Mehdiyevin artıq hakimiyyətdə arzuolunmaz şəxs olduğu və baş verənlərin də iqtidardaxili ziddiyyətlərdən qaynaqlandığı barədə ehtimallar irəli sürülüb. Lakin hakimiyyət nümayəndələri bu ehtimalları bölüşməyib. Onlar israrla bildirib ki, İlham Əliyevin cəzalandırılması sadəcə karantin qaydalarının pozulmasından irəli gəlir.
Prezident İlham Əliyevin koronavirus infeksiyasına yoluxanların mülicəsi üçün nəzərdə tutulan xəstəxananın açılışında hamının qanun qarşısında bərabər olduğunu bəyan etməsi də Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı məsələdə siyasi səbəb axtaranlara cavab hesab edilə bilər.
Amma görünür, bu məsələni siyasiləşdirməkdə israr edənlər var. Ramiz Mehdiyevin kürəkəninin də yayılan videoları “qərəzli”, “Ramiz Mehdiyevə qarşı sabotaj” adlandırması bu kampaniyanın tərkib hissəsi hesab edilə bilər. Bu məsələnin siyasıləşdirilməsinin səbəblərinə gəlincə, bunu zaman göstərəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2020, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-09-2020, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39