Xalq artisti “Quska”ya görə məhkəmədə dindirildi - “DEPUTAT FEYZİYEV BELƏ İSTƏDİ, MƏN DƏ ETİRAZ ETMƏDİM...”
Xalq artisti Gülyaz Məmmədova keçmiş deputat Hüseyn Abdullayevin-“Quska” ləqəbli keçmiş oliqarxın məhkəməsində dindirilib.
regionxeberlericom.az virtualaz.org-a istinadən xəbər verir ki, xalq artistinin məhkəmədə dindirilməsinə səbəb Bakının mərkəzində - Üzeyir Hacıbəyov küçəsində yerləşən və H.Abdullayevin atasının adına olan 786 kvadratmetrlik obyektin öncə üç nəfərin adına alınması, daha sonra deputat və biznesmen-oliqarx Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətinə keçirilməsidir. Həmin üç nəfərdən biri də müğənni G.Məmmədova olub.
Məhkəmədə şahid qismində dindirilən G.Məmmədova deyib ki, deputat Feyziyevlə qohumdurlar. Xalq artisti deputatla konkret hansı formada qohum olduqlarını deməyib. Amma bildirib ki, əmlakın onun adına alınması C.Feyziyevin istəyi olub, o da etiraz etməyib.
Sözügedən əmlaka gəlincə, G.Məmmədova deyir ki, heç onun harada yerləşdiyini bilmir. Yəni onun adına formal alqı-satqı olub.
H.Abdullayevin anası Zeynəb Abdullayeva isə məhkəmədə deyib ki, Hökumət Evinin arxasında yerləşən obyekt 4 milyon manata satılıb.
Abdullayevlər ailəsinə məxsus zavodun səhmlərində pay sahibi olan şəxslər H.Abdullayev və anası haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. Məsələn, Vəzir Rəcəbov ona görə zərərçəkən sayılıb ki, onun səhmi olsa da, uzun müddət ona düşən payı almayıb. Amma özü deyir ki, şikayət və tələbi yoxdur: «Məni prokurorluğa çağırıb dedilər ki, divident olub, amma almamısınız. Mən bunu unutmuşdum. Amma zavodda səhmlərim var idi. O pulum ödənildi».
Z.Abdullayevanın qardaşı oğlu Elnur Bayraməliyev də məhkəmədə dindirilib. Onun istintaqa ifadəsində bibisi və onun oğlunun 60-a yaxın mülkü, onların yerləşdiyi ərazilər barədə fikirlər yer alıb. Ancaq məhkəmədə bildirib ki, elə ifadə verməyib: «Bibim Zeynəb Abdullayeva Naxçıvanda olan evini mənə bağışlamışdı. Mən də sonradan şəxsi problemlərimə görə evi satdım. Məndən istintaqda ancaq həmin ev haqqında soruşublar. Mən başqa ev, obyekt barədə heç nə deməmişəm. Çünki heç nə bilmirəm. Mən Bakıda heç bir il qalmamışam. Küçə adlarını bilmirəm, onları necə sadalaya bilərdim?».
Xatırladaq ki, “Quska” iri məbləğdə vergidən yayınmada və digər əməllərdə ittiham olunur. O, Almaniyada sığınacaq alandan sonra Türkiyədə yaxalanıb ölkəyə gətirilmişdi. “Quska” ötən məhkəmə iclaslarında danışıb və özünü “təmiz biznesmen” kimi qələmə verməyə çalışıb. Təsdiq edib ki, ötən əsrin 90-cı illərində əsasən metal biznesi hesabına varlanıb, Almaniyada, İsveçrədə və digər Avropa ölkələrində bank hesabları var.
Azərbaycanın yaxın tarixinə bələd olanlar yaxşı bilir ki, “Quska” 90-cı illərdə keçmiş sovet sənaye müəssisələrinin dəzgahlarını, avadanlıqlarını metal tullantısı kimi xaricə satıb talamaqla böyük sərvət yiyəsinə çevrilmişdi və yarımhərbi dəstələr saxlayırdı.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-04-2019, 16:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-04-2019, 16:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09