DEPUTATLA NAZİRLİK ARASINDA GƏRGİNLİK - Nazirlər Kabinetinə müraciət ediləcək
"Əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular bizə ən çox edilən müraciətlər sırasındadır. Prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir. Belə ki, vətəndaş forma 88 adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir".
"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib.
Millət vəkili qeyd edib ki, parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib: "Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, bütün digər rayonlarımızda da oxşar vəziyyətdir. Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşlarımız, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil".
Vüqar Bayramov bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlara bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiyini vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deputatın qaldırdığı problemlərə reaksiya verilib.
Qurumun mətbuat katibi Fazil Talıbov bildirib ki, Vüqar Bayramov əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib: "Əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş (Forma 088) rəsmiləşdirilib. Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir.
Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb, 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir.
160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Belə ki, həmin göndərişlərdə, stasionar müalicə müddətlərinin azlığı, müayinələr və ağırlaşmaların arasında uyğunsuzluğun olması, xəstəlik barədə mütəxəssislərin rəyinin qeyd olunmaması, funksional pozğunluqlar barədə məlumatın göstərilməməsi, diaqnozu təsdiqləyən müayinələrin tam aparılmaması, xəstəliyin başlanma tarixi ilə müalicə tarixlərinin ziddiyyət təşkil etməsi, xəstəliyin xarakteri ilə ümumtəhsil müəssisəsində təhsil almaqla bağlı məlumatlarda uyğunsuzluğun olması və s. səbəblərdən əlillik təyinatı aparılmayıb".
F. Talıbov daha sonra bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox şəxsə aparılmış əsassız əlillik təyinatları ləğv edilib. Onun sözlərinə görə, bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarı olacaq.
Nazirliyin rəsmisi qeyd edib ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib: "Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib.
Göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual atına qoyan bu kimi hallar Tibbi Sosial Ekspert Komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir".
Fazil Talıbov deyib ki, bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir.
"Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlərin qısa müddətdə nəticə verəcəyini əminik" - deyə mətbuat katibi vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-09-2020, 16:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-09-2020, 16:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39